Ronaldonun reklam paylaşımının qiyməti məlum oldu

Ronaldonun reklam paylaşımının qiyməti məlum oldu

Futbol üzrə Portuqaliya milli komandasının və Səudiyyə Ərəbistanının Əl-Nəsr klubunun hücumçusu Kriştiano Ronaldo “Instagram”da ən çox pul qazanan bloqer olub.

 

KONKRET.az xəbər verir ki, Britaniyanın “The Sun” qəzetindəki mənbənin məlumatına görə, Ronaldonun səhifəsində bir reklam yazısı iki milyon avrodan çox qiymətə başa gəlir. Belə ki, 38 yaşlı portuqaliyalı öz səhifəsində reklam nəşri yerləşdirdiyinə görə təxminən 1,7 milyon avro alan amerikalı model Kayli Cenneri qabaqlayıb.

 

Üçüncü yeri argentinalı Lionel Messi tutur. Dünya çempionu bir reklam postu üçün 1,6 milyon avro istəyir.

 

Qeyd olunur ki, Ronaldo sosial şəbəkələrdə idman, sağlamlıq və kriptovalyuta brendlərini tanıtmaqla pul qazanır. Portuqaliyalı ulduz həm də 597 milyonla dünyada ən çox izləyiciyə sahibdir.

 

Ronaldo 2023-cü ildən Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunda çıxış edir. Hücumçunun klubla müqaviləsi 2025-ci ilə qədərdir. Səudiyyə Ərəbistanı çempionatı çərçivəsində portuqaliyalı 16 matçda iştirak edib, 14 qol vurub və 2 məhsuldar ötürmə edib.


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...