İctimai Televiziyada “Alça ağacı altındakı məzar” sənədli filmi yayımlanıb – VİDEO

İctimai Televiziyada “Alça ağacı altındakı məzar” sənədli filmi yayımlanıb – VİDEO
O, Ağdamın Sarıcalı kənd sakini Xəqani Əliyevdir. 1993-cü il iyulun 23-də ermənilərin Ağdama növbəti hücumundan xəbər tutub, kəndi tərk etməyən valideynlərini müvəqqəti təhlükəsiz əraziyə çıxartmaq üçün evinə yollanan Xəqani Əliyev...

Xəqani iyulun 24-də səhərə yaxın öz avtomobili ilə Ağdama daxil olanda rastlaşdığı hərbçiləri Azərbaycan Milli Ordusunun əsgərləri zənn edir. Bir neçə dəqiqə keçməmiş avtomobili atəşə tutulanda, onunla gələn qayınatası və 7 yaşlı oğlu düşmən gülləsinə qurban gedəndə şəhərinin işğal edildiyinin, sağ qalan kiçik oğlu ilə birlikdə ermənilərə girov düşdüyünün fərqinə varır.

Qayınatasını atəşə tutulduqları yolun kənarında, oğlunu isə doğma həyətində, uşağın çox sevdiyi alça ağacının altında dəfn edir...

İctimai Televiziyanın hazırladığı "Alça ağacının altındakı məzar” sənədli filmində isə 28 il öncə oğlunu öz həyətində torpağa tapşıran gənc ata ahıl yaşlarında doğma yurduna səfər edib, övladının məzarını axtarır.

30 ilə yaxın davam edən işğal zamanı kənddə daş daş üstündə qalmamış, evlər sökülmüş, ağaclar məhv edilmişdir. Belə bir vəziyyətlə qarşılaşan Xəqani doğma həyətini yerini müəyyən edə biləcəkmi? Bütün nişanəsi dağıdılan məzarın izini tapmaq mümkün olacaqmı?

Bu sualların cavabını İctimai Televiziyada efirə getmiş Vüsalə Məmmədovanın "Alça ağacının altındakı məzar” sənədli filminı izləməklə tapa bilərsiniz.
 

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Məşhur jurnalist, Bülbülün Şuşadakı ev-muzeyinin direktoru oldu

Bülbülün Şuşadakı ev-muzeyinə direktor təyin olunub. Sfera.az-ın xəbərinə görə, bu vəzifəyə tanınmış telejurnalist Fəxrəddin Hacıbəyli təyinat alıb. ...

Şəhid anasının etirazına rəsmi cavab – Mingəçevir Şəhər İcra Hakimiyyətindən açıqlama

"İki oğlu şəhid olmuş ananın Mingəçevir rəhbərliyinə və deputat Aydın Mirzəzadəyə kəskin etirazı” başlıqlı müsahibəyə cavab olaraq Mingəçevir Şəhər İcra Hakimi...

Prezident İlham Əliyevdən YENİ SƏRƏNCAM

Prezident İlham Əliyev "Bakı şəhərinin Suraxanı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər h...

Bu rayonlarda sel və daşqın var

Sentyabrın 23-ü saat 13:00-a olan məlumata əsasən bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir yağış yağıb, Balakən, Zaqatalada intensiv və güclü olu...

Sabiq deputat vəfat etdi - FOTO

Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, keçmiş deputat, məşhur "91-lər”dən olan Kərim Kərimov vəfat edib. Sfera.az bildirir ki, bu barədə&...

İcra başçısı 15 yaşlı qızı xilas edən gənclə görüşdü - FOTO

Sentyabrın 22-də Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kənd sakini olan 15 yaşlı Allahverdiyeva Rəsmiyyə Dərgah qızı Baş Mil Kanalının bu rayonun Mahmudlu-2 kəndi ...