No Image
No Image

İctimai nəqliyyatdan istifadə pulsuz oldu - FOTO

İctimai nəqliyyatdan istifadə pulsuz oldu - FOTO

Ötən ilin avqust ayında Dövlət bankı Azər Türk Bank, AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və MasterCard beynəlxalq ödəniş sistemi Şamaxı şəhərində ölkədə ilk dəfə olaraq ictimai nəqliyyatda nağdsız ödənişlərin qəbulunu təmin etdi.

 

 

Layihə çərçivəsində yeni kampaniyaya start verilib. Belə ki, 8 fevral tarixindən etibarən Mastercard və "İnkart" kart sahibləri həftənin bazar ertəsi və cümə günləri Şamaxı şəhəri daxilində sərnişin avtobuslarının xidmətindən bir dəfə ödənişsiz istifadə edə biləcəklər.


İnfrastrukturun təkmilləşdirilməsi məqsədi ilə Şamaxı şəhərinin avtobus dayancaqlarında sərnişinlərə təmassız bank kartlarının təqdim olunmasını və doldurulmasını təmin edən xüsusi terminallar yerləşdirildi.


 

Eyni zamanda https://inkart.az/ və İnkart mobil əlavəsi müştərilərin istifadəsinə verilir. Bu xidmətlər sərnişinlərə kart hesablarını daha rahat izləməyə, balansını artırmağa və digər məlumatların əldə olunmasına imkanlar yaradır.

 

 

Qeyd etmək istəyirik ki, bu imkanlar sərnişinlərə nəinki bank kartları, eyni zamanda NFC texnologiyanı dəstəkləyən ağıllı cihazlar vasitəsilə də ödənişlər etməyə imkan verir.

 

 

Daha ətraflı məlumatı https://inkart.az/ saytından əldə edə bilərsiniz.


Turan Bank

OXŞAR XƏBƏRLƏR

Səudiyyə Ərəbistanı ilə yerli KOB-lar arasında maliyyə xətti açıldı - FOTO

Səudiyyə Ərəbistanı ilə ticarət əməliyyatları aparan kiçik və orta biznes subyektlərinə dəstək məqsədilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkiş...

Ən çox hansı pul nişanlarından istifadə olunur? - FOTOLAR

2020-ci ildə Azərbaycanın nağd pul tədavülü 11 milyard 827,7 milyon manat təşkil edib. Sfera.az-ın Mərkəzi Bank-a istinadən verdiyi məlumata əsasən, kağız...

Ramiz Mehdiyevin bankı bağlanır? - RƏQƏMLƏR

"Bank BTB” 2019-cu ilin sonunda əldə etdiyi 12 milyon manatdan çox yığılmış zərərini mənfəətə keçirə bilməyib. Ramiz Mehdiyevin gəlininə məxsus olan bank yığılm...

Unibank filialı yeni konseptdə və yeni ünvanda - FOTO

İndi "İnşaatçılar” metrostansiyası ətrafında və yaxın ərazilərdə yaşayan sakinlər "Unibank”ın daha rahat və geniş filialının xidmətindən istifadə edəcəklər. Y...

"Günay Bank"dan 14 milyonluq zərərə POETİK AÇIQLAMA

Sfera.az xəbər verir ki, 25 fevral tarixində Valyuta.Az saytında yayımlanan "Günay Bank”ın 29 illik fəaliyyətinin nəticəsi - 14 milyon manat zərər" xəbərinə adı...

“Günay Bank”ın 29 illik fəaliyyətinin nəticəsi - 14 milyon manat ZƏRƏR

"Günay Bank” 29 ildir fəaliyyət göstərsə də bankın yığılmış zərəri 14 milyon manata yaxındır. Hər il mənfəət əldə edən bank yığılməş zərərini bərpa edə bilmir. ...