İcra başçısının qardaşı oğlu həbs edildi - oğurluğa görə...

İcra başçısının qardaşı oğlu həbs edildi - oğurluğa görə...
Saxlanılan Cəbrayılov Səməd Surxay oğlu Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin qardaşı oğludur. 

Sfera.az xəbər verir ki, bu barədə unikal.org məlumat yayıb.

Mehdi Səlimzadə Göyçaya icra başçısı vəzifəsinə təyin olunana qədər Səməd Cəbrayılovu Göyçayda hamı qəssab kimi tanıyıb. Əmisinin icra başçısı təyinatından sonra Səməd Cəbrayılov Göyçay Gənclər Mərkəzinin müdiri sonra isə İcra hakimiyyətinin kadrlar şöbəsinə müdir vəzifəsinə gətirilib. 

15.04
 
Göyçay rayonunda oğurluq etməkdə şübhəli bilinən keçmiş dövlət məmuru həbs edilib.

Göyçay rayon Polis Şöbəsindən APA-ya verilən xəbərə görə, rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olan İran vətəndaşına və onun Bakıda yaşayan iş ortağı Məmməd Əliyevə məxsus təsərrüfatdan oğurluq edən Göyçay Gənclər Mərkəzinin keçmiş rəhbəri və Göyçay rayon İcra Hakimiyyətinin sabiq şöbə müdiri Cəbrayılov Səməd Surxay oğlu şübhəli şəxs qismində saxlanılıb. Sahibkar polis şöbəsinə müraciət edərək, rayonun Mirzəhüseynli və Şəhadət kəndləri ərazisində icarəyə götürdüyü torpaq sahəsində taxıl, çəltik və yonca əkini ilə məşğul olduğunu və ona məxsus təsərrüfata qanunsuz daxil olmaqla böyük həcmli "Generator su pompası" və "Taxta konstruksiya tipli ev"in oğurlandığını bildirib. Nəticədə İran vətəndaşına və onun iş ortağı olan Məmməd Əliyevə 8 min 500 manat maddi ziyan vurulub.

Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən istintaq tədbirləri zamanı hadisəni törətməkdə şübhəli bilinən Cəbrayılov Səməd Surxay oğlu saxlanılıb və onun barəsində Göyçay rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilərək 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Faktla bağlı araşdırma və istintaq tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

Fərhad Əhmədovun siyasi əllaməliyi...

  Azərbaycanda Prezidentinin müəllifi olduğu islahatlar ardıcıl olaraq həyata keçirilməkdədir. Ölkədə bütün diqqət qarşıdan gələn növbədənkənar parlamen...

İcra başçısı oğluna elə bir dəbdəbəli toy etdi ki… - VİDEO

Ötən gün Bakının dəbdəbəli "Buta Palas” (Buta Palace) restoranında iş adamının oğluna məxsus olduğu bildirilən məşhur toyun əsl sahibi aydınlaşıb. Sfera.az a...

Özü və bütün ailə üzvləri bələdiyyə seçkilərində namizədliyini verdi - Cəfərovlar təəccübləndirir

Azərbaycanda elan edilmiş növbədənkənar parlament seçkiləri bir neçə gün sonra-dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərini kölgədə qoyub. Lakin ictimaiyyət...

Basayevin silahdaşının qətli Rusiyaya başağrısı olacaq – Almaniya sanksiyalarla hədələdi

Almaniyanın Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyi bəlli olub. Sfera.az Rusiya mətbuatına istinadən bildirir ki, Almaniya keçmiş səhra komandiri...

Prezident Administrasiyasına yeni təyin olunan Səadət Yusifova kimdir? - DOSYE

  Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsinə təyinat olub. Sfera.az  x...

Yasamalın icra başçısının "köməkçisi" Suraxanının icra başçısının yanında nə gəzir? – FOTOFAKT

Suraxanı Rayon İcra Hakimiyyətinin yeni başçısı Əziz Əzizovun bacısı oğlu Murad Ağayevi özünə köməkçisi təyin etməsi müzakirələrə səbəb olub.   Sfera.az ...