İcra başçısının “adamı” deputatlıq arxasınca Göyçaya gəldi: Sfera.az-ın yazdıqları təsdiqləndi

İcra başçısının “adamı” deputatlıq arxasınca Göyçaya gəldi: Sfera.az-ın yazdıqları təsdiqləndi


 

Sfera.az-ın daha bir xəbəri təsdiqini tapıb.


Bir müddət öncə "Göyçayda "xəlvəti deputat" bazarı – İcra başçısı mandatı kimə söz verib?” sərlövhəli yazımızda 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən keçmiş Baş Nazir Novruz Məmmədovun sevimli kadrı olan Məzahir Əfəndiyev namizədliyini irəli sürəcəyini yazmışdıq.


Bu gün isə saytımıza məlum olub ki, Məzahir Əfəndiyev namizədliyini qeydə aldırmaq məqsədilə Göyçay rayonunda olub. Bu isə sözügedən yazıdakı digər məqamların da təsdiqini tapacağı anlamına gəlir.

 

Yazıda bildirilirdi ki, M. Əfəndiyevin Göyçaydan namizədliyini irəli sürməsi və gələcəkdə ondan "deputat" düzəldiləcəyi vədi ona Göyçay rayon icra başçısı Mehdi Səlimzadə tərəfindən verilib: "Ona ciddi tapşırılıb ki, son günə qədər çox sakit davransın. Yəni, bu namizədlik məsələsi nə qədər xəlvəti olsa, gələcəkdə bir o qədər də yaxşı nəticələr verəcək”.


Məlumat üçün bildirək ki, hüquq müdafiəçisi Taleh Xasməmmədov da mövzuyla bağlı ilginc məlumatlar paylaşmışdı. Həmin məlumatların bir qismini təkrar xatırladırıq: "Məzahir Əfəndiyev əslən Ağdaş rayonundandır. Deyilənə görə Ağdaşın keçmiş deputatı bankir Çingiz Əsədullayevin seçki kampaniyasının fəallarından biri olub. Həmin vaxtlardan deputatlığa həvəslənmiş indiki namizəd hesab edir ki, M. Səlimzadə ölkədə söz sahibidir və ondan xəlvəti deputat düzəldəcək. Amma əmin olsunlar ki, bu dəfə Göyçay seçiciləri onlar kimi "xəlvəti mandat" azarına və bazarına qurşanmış şəxslərə şans tanımayacaqlar”.

 

 

Orxan

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...