I-IV qrupları üzrə imtahanlarda abituriyentlərin 48.7 faizi 200-dən az bal topladı

I-IV qrupları üzrə imtahanlarda abituriyentlərin 48.7 faizi 200-dən az bal topladı
Bu il I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında abituriyentlərin 48.7%-i 200-dən az bal toplayıb.

Sfera.az-ın xəbərinə görə, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi "Abituriyent” jurnalının 12-ci sayında bildirilib.

Jurnalda qeyd olunub ki, qəbulda toplanılması mümkün olan maksimal bal 700-dür: "0-700 bal diapazonunu şərti olaraq (0-199), (200-299), (300-499), (500-700) intervallarına bölərək, ənənəvi "2”,"3”,"4”,"5” qiymətləri ilə analogiyasını yaratsaq, görərik ki, bu il abituriyentlərin 48.7 faizi imtahandan "2”, 18.4%-i "3”, 22.9%-i "4”, 10.0%-i isə "5” qiymət alıb. Ötən il bu göstəricilər, uyğun olaraq, 55.4%, 16.7%, 19.4%, 8.4% olub. Göründüyü kimi, bu il "2” qiymət alanların faizi nisbətən azalıb, "3”,"4” və "5” qiymət alanların faizi isə artıb. Təbii ki, qəbul imtahanlarında iştirak edən abituriyentlərin topladıqları balların paylanması strukturunda və qəbul planında baş verən dəyişikliklər qəbul olan abituriyentlərin ballarının paylanmasında da öz əksini tapıb. Qəbul olanların topladıqları balların paylanma diaqramından görünür ki, onların 32.9%-ni "3”, 44.4%- ni "4”, 19.1%-ni isə "5” qiymət alanlar təşkil edib. Ötən il bu göstəricilər, uyğun olaraq, 34.6%, 45.0%, 19.2% olub. V ixtisas qrupu üzrə ərizə verib qəbul (cari ilin məzunları üçün tam orta təhsil səviyyəsi üzrə buraxılış) imtahanlarında iştirak edən və qəbul olan abituriyentlərin bal göstəriciləri isə aşağıdakı diaqramlarda təsvir edilib. Bu imtahanlarda toplanılması mümkün olan maksimal bal 90-dır. Qəbul (buraxılış) imtahanlarında iştirak edən abituriyentlərin 5.9%-nin topladığı bal 20-dən aşağıdır. Qəbul olan abituriyentlər arasında 20-dən az bal toplayan yoxdur. Qəbul imtahanlarında iştirak edənlərin əksəriyyətinin imtahan nəticəsi (50–59) və daha aşağı bal intervallarında yerləşdiyi halda, qəbul olan abituriyentlərin nəticəsi əsasən (60–69) və (70–90) bal intervallarında daxildir”.

Bu il Xızı, Xaçmaz, Samux, Qobustan, Göygöl, Lerik, Ağsu, Sabirabad, Şamaxı, Lənkəran, Ağdaş, Şərur, Şəmkir, Goranboy və Quba rayonlarının cari il məzunlarını təmsil edən abituriyentlərin 30%-dən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub.

OXŞAR XƏBƏRLƏR

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib.   Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Ba...