Hüseyn Əliyev dünya çempionu oldu

Hüseyn Əliyev dünya çempionu oldu
Sentyabrın 23-də Rumıniyanın Konstanta şəhərində çimərlik güləşi üzrə yeniyetmələrin dünya çempionatı keçirilib.

Sfera.az xəbər verir ki, mundialda ölkəmizi baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 2 güləşçi təmsil edib və onların hər ikisi fəxri kürsüyə qalxıb.

Təmsilçimiz Musa Ağayev (60 kq) ilk görüşdə macar rəqini məğlub edib. Türkiyə güləşçisi ilə mübarizədə hesab açılmayıb. Rəqibin çəkisi daha az olduğu üçün qələbə ona verilib. Ancaq üçüncü qarşılaşmada Rumıniya idmançısına heç bir şans tanımayan M.Ağayev adını yarımfinala yazdırıb. Bu mərhələdə Rumıniyadan olan daha bir rəqibini məyus edən idmançımız həlledici görüşdə türkiyəli güləşçiyə uduzaraq gümüş medalı boynundan asıb.

Çempionatda 70 kiloqram çəki dərəcəsində çıxış edən Hüseyn Əliyev startda Yunanıstan təmsilçisinə gücünü göstərib. Həmyerlimiz Rumıniya güləşçisini minimal fərqlə üstələdikdən sonra Yunanıstanın daha bir idmançısına qalib gələrək yarımfinala vəsiqə qazanıb. Moldovadan olan rəqibinə də aman verməyən H.Əliyev finalda rumıniyalı idmançıya eyni aqibəti yaşadaraq dünya çempionu olub.

Qeyd edək ki, millimiz 1 qızıl və 1 gümüş medalla komanda hesabında dünya üçüncüsü olub.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

"Qarabağ" - "Kayrat" oyunu üçün biletlərin yarısı satıldı

"Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda Qazaxıstan "Kayrat"ı ilə keçirəcəyi oyun böyük maraqla qarşılanıb. Ağdam təmsilçisinin M...

Qış Olimpiya Oyunlarının məşəli alovlandırıldı

2022-ci ildə Çinin paytaxtı Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının məşəli alovlandırılıb. Sfera.az xəbər verir ki,  Yunanıstandakı tarixi Olimp...

Azərbaycan millisinin hücumçusu yenidən zədələndi

"Sumqayıt" klubunun və Azərbaycan milli komandasının futbolçusu Əli Qurbani yenidən zədələnib. Sfera.az xəbər verir ki, bu, cənubi azərbaycanlı hücumçunun...

"Qarabağ" "Sabah"a qalib gələrək liderliyini möhkəmlədib

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub. Sfera.az xəbər verir ki, turun və I dövrənin son oyununda "Qarabağ" "Sabah"ın qonağı olub...

"Mançester Siti"nin oyunundan sonra 2 azarkeş həbs olunub, biri saxlanıldı

İngiltərə polisi "Mançester Siti" və "Börnli" komandaları arasında "Etihad stadionunda" keçirilmiş Premyer Liqanın VIII tur matçından sonra 2 azarkeşi həbs edib...

"Qarabağ" - "Kayrat" oyununun biletləri satışa çıxarıldı

"Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda Qazaxıstan "Kayrat”ı ilə keçirəcəyi ev oyununun biletləri satışa çıxarılıb. Sfera.az&nbs...