Heydər Əliyev fondu Mingəçevirdə iftar süfrəsi açıb

Heydər Əliyev fondu Mingəçevirdə iftar süfrəsi açıb

Mingəçevirdə Heydər Əliyev fondunun təşkilatçılığı ilə iftar süfrəsi verilib.
Mingəçevir şəhərində Heydər Əliyev fondunun təşkilatçılığı ilə aztəminatlı ailələrə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və digər cəmiyyət üzvülərindən 250 nəfərə iftar süfrəsi açılıb. Mərasimdə Heydər Əliyev məscidinin imamı Ələmdar Qiyasov on bir ayın sultanı olan Ramazan ayından danışıb, bu ayda görülməsi vacib sayılan xeyirxah əməllərdən, savab işlərdən söz açıb. İmam "Qurani-Kərim”dən ayələr oxudu, xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün diləklər etdi, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman vətən övladlarının ruhuna dualar oxudu. Daha sonra şəhər ictimayyəti adından Mirzə Cavadov danışıb. Bildirib ki, xalqımız Ramazan bayramını hər il böyük məmunluq hissi ilə qeyd edir. Ölkəmizdə həyata keçirilən dövlət-din siyasətindən, milli-mənəvi dəyərlərə göstərilən diqqət vəqayğıdan, tolerantlıq mühitinin qorunub saxlanmasından söz açıb.


OXŞAR XƏBƏRLƏR