\"Hesabda geriyə düşdükdən sonra ayıldıq\" - Tomas Doll

\

"Çox sevinirəm ki, 0:1-dən sonra ikinci hissədə dönüş edə bildik. Çox mübarizə apardıq, əla xarakter göstərdik".

Sfera.az qol.az-a istinadən xəbər verir ki, bu sözləri APOEL-inin baş məşqçisi Tomas Doll Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda evdə "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Qarabağ"la üç dəfə oynamışam. Bura gəldiyim vaxt komandam 1:2 hesabı ilə uduzmuşdu. İndi isə bizim 2 qələbə, 1 heç-heçəmiz var.  Bu dəfə də 0:1 hesabı ilə geriyə düşdükdən sonra ayıldıq. Hesabı öz xeyirimizə dəyişməli idik. Bu isə asan deyildi. Çünki ikinci qolu vurmaq üçün risk edə bilməzsən. Əlbəttə, daha yaxşı oynaya biləcəyimizi bilirik. Amma gəlin, yaxşı şeylərdən danışaq. Dortmund "Borussiya"sı da Çempionlar Liqasında "İnter"lə görüşdə 0:2 hesabı ilə uduzarkən, dönüş etdi. Futbolçularıma görə şadam. İlk 60 dəqiqə bir az qoxduq. Avropa bütün komandalara qarşı açıq futbol oynaya bilmirik. Çox çətin qrup oyunu idi" - deyə o bildirib.

 

T.Doll doğru yolda olduqlarını söyləyib: "Futbolda bəzən qələbə qazana bilirsən, bəzən isə şanslı deyilsən. Biz Kipri Avropda təmsil edən yeganə komandayıq, dəstək olun. Uşaqların son dəqiqələrdə etdiklərindən razıyam. Bunlar cəsarətli oyundan xəbər verir. Çətin yolumuz olsa da, biz doğru yoldayıq. Komandanı addım-addım doğru yola yönəldirik. Hər kəs komanda üçün önəmlidir".


OXŞAR XƏBƏRLƏR

Kofe içənlərin DİQQƏTİNƏ! - Sizi bu təhlükə GÖZLƏYİR

Çoxlu qəhvə istehlak edən insanlarda bu içki asılılıq yara bilər.   Sfera.az xəbər verir ki, bu nəticəyə “Journal of Caffeine Research&...

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü baş...

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞA ÇATDI - YENİLƏNDİ 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub. ...

Məşhur aktrisa xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin məşhur aktrisası Tuvana Türkay xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə aktrisa özü paylaşım edib.   &l...

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Hindistanın Karnataka əyalətində seçicilərə pulsuz taksi, yemək və sağlamlıq fəaliyyəti göstəriləcək.   Sfera.az xəbər verir ki, Karnataka seçkilərd...

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...