No Image
No Image

Hər kəsin diqqətini özünə çəkən Şövkət və balaca Ayan sığınacaqdan niyə ayrılıb? - SƏBƏB + FOTO

Hər kəsin diqqətini özünə çəkən Şövkət və balaca Ayan sığınacaqdan niyə ayrılıb? - SƏBƏB + FOTO
Bir müddət əvvəl sosial şəbəkələrdə paylaşılan foto ilə hər kəsin diqqətini özünə çəkən ana və bala ilə bağlı yenidən paylaşımlar edilməyə başlayıb. Belə ki, sosial şəbəkə istifadəçiləri 34 yaşlı Şövkət və balaca qızı Ayanın yenidən yardıma möhtac olduqlarını yazırlar.

Sfera.az "Oxu.az"a istinadən xəbər verir ki, qadın ilk olaraq sağlamlıq problemlərinin həll olunmasını istədiyini demişdir. "Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə bir müddət sığınacağın qapılarını ana və uşağı üçün açmışdı. Lakin 34 yaşlı Şövkət Əliyeva öz istəyi ilə sığınacaqdan ayrılıb, evini təmir etmək istədiyini deyib.

Sosial şəbəkədəki paylaşımları görüb ilk olaraq Kəmalə Ağazadə ilə əlaqə saxladıq. Redaksiyamıza verdiyi açıqlamada o bildirib ki, sığınacaqda ona söz verilən hər şey yerinə yetirilib: 

"Biz onu ilk dəfə sığınacağa gətirəndə sənədləri qaydasında deyildi. Müraciət etdik və sənədlərini düzəltdirdik. Özünün və uşağının sağlamlıq problemləri vardı, həkim müalicə və müayinə xərclərini qarşıladıq. Müalicələrindən tutmuş hüquqi yardıma qədər əlimizdən gələni etdik. Şövkətin adına yardımların yığılması üçün kart açdırdıq, kartı da onun şəxsən özünə verdik. Toplanan vəsaiti də özü gedib çıxarıb. Şövkətə neçə iş yeri də təklif etdik, lakin son qərarı yenə də özü verdi. Bir neçə gün əvvəl öz ərizəsi ilə sığınacaqdan ayrılmaq istədiyini bildirdi.

Bizə dedi ki, mən evimi az təmir etmək istəyirəm, toplanan vəsaiti də ona xərcləyəcək. Bu məqsədlə dünən sığınacaqdan ayrılıb. Sosial şəbəkədə paylaşımı biz də gördük. Hələ də ona yardım etmək istəyən insanlara təşəkkür edirik, hər kəsin əlindən gələni etməsini görmək xoşdur”.

Şövkət Əliyeva isə bildirib ki, bu günə qədər ona göstərilən köməklikdən razıdır:

"Əsas Ayanın müayinə və müalicələri idi, Kəmalə xanım sağ olsun, bütün xərcləri qarşıladı. Mənim üçün açılan bank kartına 1000 manata yaxın məbləğ toplanmışdı. Mən o məbləği Ayanın dərmanlarına və evin təmirinə xərclədim. Demək olar ki, pul artıq bitib. Təəssüf ki, çalışdığım yerdən ayrılmışam. Bir neçə iş təklif edilsə də, maaşları az olduğu üçün qəbul edə bilmədim. Borclarım var. 250 manat maaşla mən kredit ödəyə, Ayanın dərmanlarını ala, evin təmirini qarşılaya bilmərəm. Heç olmasa 500-550 manat maaşla iş olsa, işləyərəm. Bu günə qədər edilən yardımlara görə minnətdaram. Amma mən heç kimə yük olmaq istəmirəm, özüm işləyib, uşağıma baxmaq istəyirəm”.

Ş.Əliyeva sosial şəbəkədə sığınacaqdan ayrılması ilə bağlı məsələyə də aydınlıq gətirib:

"Mən sığınacaqdan öz istəyimlə ayrılmışam. Kəmalə xanımdan çox razıyam. Ayanım onun köməyi sayəsində yavaş-yavaş sağlamlığına qovuşacaq”.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Şəhid oğluna Şuşa Rayon Polis Şöbəsində vəzifə verildi

Şuşa Rayon Polis Şöbəsində (RPŞ) yeni kadr təyinatı olub.   Sfera.az-ın xəbərinə görə, bununla bağlı müvafiq əmr imzalanıb.   Əmrə əsasən, polis k...

Şadlıq sarayı və toy sahibləri CƏRİMƏLƏNDİ

Göyçayda toya normadan artıq qonaq gəldiyi üçün şadlıq sarayının sahibi 4 min manat cərimələnib. DİN Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə,...

Azərbaycanda toylar bu tarixdən qadağan oluna bilər - AÇIQLAMA

Bir müddət əvvəl qonşu ölkələrlə yanaşı Azərbaycanda da "Delta” ştammı aşkarlandı. Virusun mutasiyaya uğrayan digər növləri ilə müqayisədə daha ölümcül olan bu ...

Rəşad Atakişiyevsiz iki il... – Qayınatası şəhidin ailəsindəki vəziyyətdən danışdı / MÜSAHİBƏ

Hərbi Hava Qüvvələrinin mərhum pilotu, polkovnik-leytenant, şəhid Rəşad Atakişiyevin həlak olmasından iki il keçir.   Sfera.az-ın əməkdaşı polkovnikin an...

Azərbaycan dili və ədəbiyyat fənni üzrə ən yüksək balı o topladı - FOTO

2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində iyulun 23-də Azərbaycan dili və ədəbiyyat fənni üzrə test imtahanı keçirilib. Təhsil Nazirli...

Bölmələrimiz havaya heç bir PUA qaldırılmayıb - NAZİRLİKDƏN CAVAB

Ermənistan mətbuatının guya Azərbaycana məxsus PUA-nın Vedi rayonunun Arazdəyən kəndi üzərində vurulması barədə yaydığı xəbər qarşı tətəfin növbəti dezinformasi...