Həmsədrlik institutundan imtina etsək nə baş verər?

Həmsədrlik institutundan imtina etsək nə baş verər?
"Moskvanın Vaşinqton və Parislə münasibətlərində bəlli gərginlikləri olsa da, Kreml bölgədə Türkiyəni sıxışdırmaq məqsədilə həmsədrlik instutunun canlanmasına dəstək verir. Üstəgəl həmsədrlər öz aralarında tez-tez görüşür və yenidən oyuna kollektiv şəkildə qayıtmaq üçün müzakirələr aparırlar, o biri tərəfdən ABŞ-ın Ermənistandakı səfiri az qala hər həftə "Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb” tipli açıqlamalar verir, Konqresdə Azərbaycan əleyhinə sənəd üzərindən iş gedir və s”.

Sfera.az xəbər veri ki, bu sözləri Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

O, bildirib ki, Azərbaycan Prezidenti həmsədrlərə bəlli mesajını dəfələrlə çatdırıb: "Birincisi, Qarabağ münaqişəsi başa çatıb, demək müzakirə ediləsi mövzu yoxdur. İkincisi Azərbaycan "status” məsələsini müzakirə etməyəcək, bu mövzu da rəsmi Bakı üçün müharibədən sonra bitib. Buna baxmayaraq, həmsədrlər dediklərindən dönmürlər və fəaliyyətlərini qaldıqları yerdən davam etmək istəyirlər. Həmsədrlər Bakıya gəlib nəyi müzakirə edəcəklər? Əgər Prezident münaqişənin bitdiyini və statusu müzakirə etməyəcəyini vurğulayırsa, həmsədrlərə müzakirə üçün hansı mövzu qalır? Həmsədrlər Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətnini, sərhədlərin müəyyənləşməsi və dəhlizin açılması mövzularını müzakirə etmək istəyərlərsə, bu Azərbaycan üçün optimal variant sayıla bilər. Ancaq onlar Qarabağ mövzusundan kənara çıxmaq istəmirlər.
 
Belə olan halda bizim iki yolumuz qalır: Ya onların səfərləri zamanı təkliflərini dinləyib qeyri-müəyyən "dəyərləndirərik” cavabı ilə hər dəfə Bakıdan yola salmaq, ya da qəti addım ataraq Minsk Qrupunun fəaliyyətindən imtinamızı rəsmən bəyan etməkdir. İkinci qərarı verməyə hazırıqsa, bizə qarşı bir müddət təzyiqlərə hazır olmalıyıq. Ancaq daha sonra bizdən əl çəkəcəklərini proqnozlaşdırmaq olar, necə ki, "Qarabağda muzdlular savaşır” saxta tezisini aylarla təkrarladıqdan sonra gerçəklikdən uzaq olduğunu anlayaraq unutdular.
 
Rusiya həmsədrlik institutu olmadan da keçinə bilər, onsuz da təkbaşına vasitəçidir. Vaşinqton və Paris narazı qalacaq, bir müddət əleyhimizə müxtəlif bəyanatlar yayımlayacaqlar. Ancaq bir müddət sonra duruma alışacaq və bölgənin əsas dövlət Azərbaycanla tərəfdaşlığı ikitərəfli əsasda davam etdirəcəklər. Bununla da beynəlxalq aləm anlayacaq ki, Qarabağ mövzusu bitib və Azərbaycan üçün azad olunmuş bölgələrdə minaların təmizlənməsi və quruculuq işləri əhəmiyyətlidir, kim qoşulmaq istəyirsə, buyursun”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...