No Image
No Image

Həkimdən xəbərdarlıq: Bu uşaqlar koronavirusu ağır keçirir

Həkimdən xəbərdarlıq: Bu uşaqlar koronavirusu ağır keçirir
Britaniya ştammını qurd xəstəliyindən əziyyət çəkən uşaqlar daha ağır keçirə bilər.

Sfera.az xəbər verir ki, bunu açıqlamasında Elmed Tibb Mərkəzinin həkim-parazitoloqu Ülkər Allahverdiyeva deyib. O bildirib ki, qurdu olan uşaqların immuniteti aşağı olduğu üçün koronavirusa müqaviməti zəif olur:

"Dünya alimləri koronavirusun Britaniya ştammının uşaqlar üçün daha təhlükəli olduğunu, yəni xəstəliyi ağır və yüksək temperaturla keçirdiyini bildirir. Valideynlər bunu nəzərə alaraq, uşaqların immunitetinin gücləndirilməsinə nəzarəti artırmalıdır. Bu nəzarət çərçivəsində immuniteti daha da zəiflədən qurd xəstələliklərinə ciddi yanaşılmalıdır. Lakin son vaxtlar valideynlər buna bir qədər laqeyd yanaşır, bəzən lazım olan müalicəni illərlə gecikdirir.

Qeyd edim ki, bu qurdlar orqanizmdə müxtəlif pozulmalara, bağırsaq disbakteriozuna səbəb olur. Disbakterioz özünü həzm pozulmaları, köp, meteorizm (bağırsaqda qazlar), qarın ağrıları və s. kimi simptomlarla büruzə verir. Bundan başqa, onlar bağırsaqların mənfəzini bağlayaraq qəbizliyə, hətta bağırsaq keçilməzliyinə yol açır. Avitaminoz (vitamin və mikroelement çatışmazlığı), anemiya, iştahasızlıq, ürəkbulanma, ağızda qoxu, göz altında kölgələr də qurd səbəbindən yaranan problemlərdir. Həmçinin, parazitlər orqanizmdə allergik reaksiyalar, dəridə səpkilər və uşaqların arıqlaması ilə də nəticələnir. Qurdların orqanizmə təsiri sinir sistemində bir sıra fəsadlar yaradır və nevroloji problemlər – əsəbilik, depressiya, xroniki yorğunluq və s. hallar əmələ gəlir. Eyni zamanda, tez-tez rast gəldiyimiz xalyazion – itdirsəyi də qurd invaziyaları fonunda yaranan problemdir”.

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Koronanın qarşısını alan 3 ucuz vasitə

Bəzi aktiv maddələrlə hazırlanan qarqaraların COVID-19-un 99,1% nisbətində qarşısını aldığını təsdiqləyən klinik araşdırmalar var. Sfera.az bildirir ki, b...

“Valerian" apteklərdən niyə yığışdırılıb?

Bir aydır ki, ölkə apteklərində "Valerian" dərmanı yığışdırılıb.  Sfera.az bildirir ki, bu barədə Qaynarinfo-ya oxucular məlumat verib. Oxucular ürək...

Peyvənd olunanların sayı açıqlandı

  Azərbaycanda bu gün 100 nəfər vaksinasiya olunub. Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. ...

Son sutkada yoluxanların sayı açıqlandı - 29 ölüm qeydə alındı

  Azərbaycanda bu gün koronavirus infeksiyasına 1151 yeni yoluxma faktı qeydə alınıb, 1052 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera.az...

Həkim pandemiya dövründə artan xəstəliklərə qarşı ən effektli müalicə üsülundan danışdı - VİDEO

"Pandemiya və ardınca baş verən böyük Vətən müharibəsindən sonra insanlarda bir çox nevroloji xəstəliklər, əsasən də panik atak inkişafı müşahidə edilir. ...

COVİD-19-a yoluxanlara bu da QADAĞAN EDİLİR

COVİD-19 xəstələri ilə bağlı daha bir qadağa müəyyən edilib.   Sfera.az xəbər verir ki, araşdırmalara görə, test cavabı pozitiv çıxan şəxslər isti duş və...