Həkimdən orqan bağışlayanlara sərt reaksiya: “Heç kimə lazım deyil...”

Həkimdən orqan bağışlayanlara sərt reaksiya: “Heç kimə lazım deyil...”

Milli Məclisin deputatı, AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru Aytən Mustafazadə orqanlarını bağışladığını vəsiyyət etdiyini açıqlayıb. Daha əvvəl millət vəkili Qənirə Paşayeva və eks-deputat Ceyhun Osmanlı da belə bir vəsiyyətnamə ilə çıxış etmişdi.

Dünya təcrübəsində geniş istifadə olunan orqan bağışlanması son illər Azərbaycanda da geniş yayılıb. Buna baxmayaraq, orqan donorluğu ilə bağlı müzakirəli məsələlər qalmaqdadır. Belə ki, bir çoxları bunu dini baxımdan düzgün hesab etmir.

Sfera.az xəbər verir ki, Mövzu ilə əlaqədar  yeni sabah-a açıqlama verən ilahiyyatçı Elşad Miri bildirib ki, insanın orqanlarını bağışlanması onların torpaqda çürüməsindən daha məqsəd uyğundur:

"Bunun günah olduğunu ancaq bəzi mühafəzəkar, uydurulmuş din sahibləri səsləndirə bilərlər. Halbuki, "Quran"ın Maidə surəsində yazılıb ki, bir insanı xilas etmək, bütün bəşəriyyəti xilas etmək deməkdir. Əgər bir insan ölürsə, bütün orqanları ilə gedib torpağın altında çürüyəcəksə, mövcud vəziyyətdə həmin orqanlara ehtiyacı olan insanlara verilməsi daha məqsədə uyğundur, nəinki onun qurd-quşa yem olması”.

Tibb elmlər doktoru, professor Adil Qeybulla Azərbaycanda bu məsələnin korporativ maraqlarla edildiyini bildirib:

"Məsələ burasındadır ki, orqan bağışlamaq söhbəti yalnız demokratik, donor haqqında qanunu olan ölkələrdə baş tuta bilər. Çünki orada bunun bütün mexanizmləri göstərilir. Bizdə isə bunun altında kriminal dayanır, korporativ maraq dayanır. Burda orqanı bağışlamaqdan yox, satmaqdan söhbət gedir. Mən hesab edirəm ki, donor haqqında qanun olmalıdır və ən əsas insanlar buna hazırlanmalıdır. Orqanlar beyin ölümü keçirmiş şəxslərdən götürülür. Bizdə isə insanlar buna hələ hazır deyil. Bizdə kim imkan verər ki, beyin ölümü keçirmiş övladından, qohumundan orqan götürülsün? İnsanları başa salmaq lazımdır ki, həyatını bitirməkdə olan insan başqa bir insanın həyatına başlanğıc verir. Ən azından insanlara bunu aşılamaq, onları psixoloji cəhətdən hazırlamaq lazımdır. Donor haqqında qanun layihəsi, donor bankı olmalıdır. Bizdə donor qohum-əqrəba, ata, qardaş, bacıdır. Axı bu insanların nə günahı var? Əgər qanun layihəsi ilə deyil, başqa yolla baş tutsa, istənilən belə addım kriminala yol açacaq”.

Professor həmçinin, orqanlarını vəsiyyət edən insanlara da münasibət bildirib:

"Vəsiyyət edən insanlara gəlsək, 60-70 yaşında insanın orqanı heç kimə lazım deyil. Orqan kifayət qədər cavan olmalıdır. Yəni, yaş dəyişikliklərinə az məruz qalan orqan faydalı olur. Bizdə bu mümkün ola bilərdi, amma donor bankı olsaydı. Donor bankı yoxdursa, bu necə baş verə bilər? Mücərrəd fikirlərdir”.

OXŞAR XƏBƏRLƏR

Meyvə xeyirlidir, amma… — Həkim MƏSLƏHƏTİ

 Sağlam yaşamağın təməli düzgün qidalanmaqdır. Mövsümə uyğun qidalanmaq isə həmin dövrdə yarana biləcək xəstəliklərlə mübarizə üçün olduqca vacibdir. ...

Koronavirusdan sonra ağciyərləri necə sağaltmaq olar?

 COVID-19 keçirərək sağalanların ağciyərlərini bərpa etmək üsulları barədə rəy açıqlanıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, rusiyalı pu...

Koronavirusla bağlı dünyanı sevindirən xəbər – “COVİD-19” öz-özünə yoxa çıxacaq

Sfera.az-ın məlumatına görə, dünyanın koronavirusun ikinci dalğasına hazırlaşdığı bir dövrdə italiyalı həkim, mütəxəssis dünyanı rahatlaşdıran belə proqnozla çı...

Koronavirusla bağlı dünyanı sevindirən xəbər – “COVİD-19” öz-özünə yoxa çıxacaq

Sfera.az-ın məlumatına görə, dünyanın koronavirusun ikinci dalğasına hazırlaşdığı bir dövrdə italiyalı həkim, mütəxəssis dünyanı rahatlaşdıran belə proqnozla çı...

Aspirin koronavirusdan qoruyurmu?- Məşhur kardioloq qandurulaşdırıcılardan danışdı

"Yeni növ koronovirusa yoluxduqda ağciyərlə birlikdə bütün orqanlar zərər görə bilir”. Sfera.az xəbər verir ki, bunu e-tibb.az-a Respublika Müalicə-Diaqno...

Tanınmış həkimdən koronavirusu evdə müalicə edənlərə tövsiyələr: Çoxlu qarpız yeyin, doğramac için…

"Evdə müalicə alanlar ən azı sutkada 30 ml/kq maye qəbul etməlidir. Bu, ən minimal fizioloji tələbatdır. 37 dərəcə temperaturdan yuxarı hər 1 dərəcə Selsi üçün ...