"Hədəflər əvvəlkindən tamamilə fərqlidir" - Türkiyənin Azərbaycana təyin etdiyi yeni səfirə hansı tapşırıqlar verilib?

Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Cahid Bağcı artıq Bakıya gələrək, fəaliyyətə başlayıb.
 
Görəsən, qardaş ölkənin yeni səfirindən nə kimi gözləntilər var?

Bu barədə Sfera.az-a danışan politoloq Natiq Mirinin fikrincə, yeni səfirin boynuna yaranmış yeni situasiyada böyük yük və ciddi fəaliyyət düşür:

"Türkiyənin Azərbaycana təyin etdiyi səfir Cahid Bağcı tamamilə yeni situasiyada ölkəmizə gəlib. Ona görə düşünürəm ki, hədəflər əvvəlkindən tamamilə fərqlidir. Bu gün Türkiyə Cənubi Qafqazda və bölgənin ən güclü dövləti olan Azərbaycanda öz varlığını ciddi mənada genişləndirir. Həmin prosesin getdikcə güclənəcəyi də gözləniləndir. Yeni səfirin gəlişilə bütün sferalarda Bakı ilə Ankara arasında əlaqələr daha yüksək dərəcədə inkişaf edəcək”.  

Həmsöhbətimizin qənaətincə, bu ana qədər Azərbaycanda fəaliyyət göstərən Türkiyə səfirlərinin heç birinin fəaliyyəti təqdir olunmayıb: 

"Əslində bu vaxta qədər Azərbaycanda fəaliyyət göstərən Türkiyə dövlətinin səfirləri Ankaradan gələn nazirlərin sadəcə diplomat və çamodanlarını daşımaq üçün idilər. Ona görə də onların heç birinin fəaliyyəti təqdir olunmayıb. Türkiyənin özünün konkret siyasi prioritetləri var”. 

Bu səbəbdən N.Miri düşünür ki, Türkiyə kimi qardaş ölkənin səfiri daha çox təşəbbüskar olmalı və cərəyan edən bütün proseslərə, hadisələrə, xüsusən də hərbi-siyasi hadisələrə adekvat reaksiya verməyi bacarmalıdır:  

"Fikrimcə, hazırkı səfir yeni təlimatlarla Azərbaycana gəlib. Çünki indiki situasiyada tamamilə yeni fikir və təşəbbüslər mütləq mənada ortada olmalıdır. Yəqin ki, səfir bu yöndə AKP hakimiyyəti tərəfindən artıq məlumatlandırılıb”.

Elçin  
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...