\"Həcc ziyarəti İslamın 5 şərtindən biri deyil\" - Elşad Miridən ETİRAZ

\
Xəbər verdiyimiz kimi ötən ilki qaydaya uyğun olaraq bu il də ölkəmizdən Həcc ziyarəti baş tutmayacaq. 
 
Belə ki, Həcc ziyarəti ilə bağlı Səudiyyə Ərəbistanından Azərbaycana məktub daxil olmayıb.

Məsələ ətrafında Sfera.az-a danışan ilahiyyatçı-alim Elşad Miri Həcc ziyarəti amilini ilkin şərtlərdən hesab etmədiyini bildirib:

"Ümumilikdə onu qeyd edim ki, "İslamın beş şərti var və Həccə getmək o şərtlərin içərisindədir" fikri doğru deyil. Çünki sözügedən şərtlərə baxsaq görəcəyik ki, qaydalar insanları passiv olmağa yönəldir. Yəni burada ədalətli olmaq, insanlara qarşı dürüst olmaq kimi müsbət anlayışlar yoxdur. Sanki deyilir ki, başını aşağı sal, namaz qıl, zəkat ver və bununla da pasportuna cənnətlik vizası vurulacaq. Bu yanaşma doğru deyil".
 


İlahiyyatçı Həcc ziyarətinə gedə bilməyən insanları bəzi addımları atmağa çağırıb:

"Ümumilikdə isə qeyd edim ki, Həcc ziyarətini həyata keçirə bilməyən insanlar belə məqamda başqa addımlar ata bilərlər. Məsələn, pandemiyadan zərərçəkmiş ailələr var, şəhid ailələri, qazilər var. Həmin insanlar Həcc üçün ayırdıqları maliyyəni bui sferaya yönləndirsələr, daha gözəl olar. Allah gücü çatan hər insanın bir dəfə Həccə getməsini istəyir. Hər il eyni qaydada Həccə getməkdənsə, həmin vəsaiti Allah yolunda xeyirli işlərə xərcləmək daha gözəl olar".

Əzizə Zeynal
Sfera.az






OXŞAR XƏBƏRLƏR

İlahə İbadova: “Qızım 13 ildir ki, atasını görmür” - VİDEO

“Qızım iki yaşına qədər atasını görüb. Hazırda onun 15 yaşı var. 13 ildir ki, atasını görmür”.   Bu sözləri “Azad Azərbaycan”...

Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb oldu - FOTO

Bakının Binəqədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi sıxlığa səbəb olub.   Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İ...

"Barça" - "PSJ" matçı bu gün baş tutacaq 

Bu gün, aprelin 16-da Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu keçiriləcək.   Sfera.az bildirir ki, burada Fransanın "Paris Sen-...

Ermənistan XİN rəhbəri Səudiyyə Ərəbistanına GEDİR

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Səudiyyə Ərəbistanına səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Ermənsitan XİN-in mətbuat kat...

Çarli Çaplini heyran edən azərbaycanlı bəstəkarın DOĞUM GÜNÜDÜR

Bu gün görkəmli bəstəkar, Azərbaycanın Əməkdar incəsənət xadimi Qəmbər Hüseynlinin doğum günüdür.   Sfera.az xəbər verir ki, Qəmbər Hüseynli 16 ...

Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb

Yelo Bank 2024-cü ilin birinci rübünü uğurlu nəticələrlə tamamlayıb.   Rübün yekununda Bankın xalis mənfəəti 14 mln manatı keçib. Bankın digər əsas m...