Həbsdə olan sabiq məmurlarla bağlı araşdırma aparılmalıdır – Onlara komfort şəraiti kimlər yaradır?

Həbsdə olan sabiq məmurlarla bağlı araşdırma aparılmalıdır – Onlara komfort şəraiti kimlər yaradır?
"Həbs olunan heç bir şəxs təcridxanada olduğu müddətdə qoyulan qaydalardan kənara çıxaraq hənsısa  güzəşt, imtiyaz əldə edə bilməz. Bu kimi hallar baş veribsə, deməli, nizam-intizam qaydaları pozulub”.
 
Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycanda sabiq vəzifə sahibi olan imkanlı məhbusların təcridxanalarda özləri üçün komfort şərait yaratması haqda məlumatlara aydınlıq gətirərkən vəkil Vamiq Şükürov deyib:  
 
"Həbsxanalarda qaydalar Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi və onun əsasında  qəbul olunan fərman, qərar və normativ aktlarla tənzimlənir. Bu mənada heç bir təcridxana həmin qayda və normalardan kənar fəaliyyət göstərə bilməz. Həm də təcridxanalar daxili intizam qaydaları ilə tənzimlənir. Həmin qaydalarda da bütün saxlanılan şəxslərin, dustaqların eyni qaydada, ərzaq, geyimlə təmin olunması eyni tipli kameralarda yaşaması, eyni qida ilə qidalanması öz əksini tapıb. Heç bir həbs olunan şəxs qoyulan qaydalardan kənara çıxaraq hənsısa bir güzəşt əldə edə bilməz. Bu qadağandır”.
 
Vəkil qeyd edib ki, qanunvericiliyə əsasən Ədliyyə Nazirliyi və Prokurorluq belə pozuntuları müəyyən etməli və cinayət əməli varsa, cinayət işinin açılması üçün tədbirlər görməlidir:  "Təcridxanalarda belə olaylar baş veribsə, bunlar Azərbaycan Prezidenti və Milli Məclis tərəfindən qəbul olunan qanunlara və Nazirlər Kabinetinin göstəriş, fərman və sərəncamlarına əməl olunmaması deməkdir”. 
 
Həmsöhbətimiz sözügedən pozuntulara son vermək üçün təcridxanalara ictimai nəzarətin gücləndirilməsini vacib hesab edir: "İnsanlar Prezident Adminstrasiyası, Nazirlər Kabineti, Ədliyyə Nazirliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə məlumat verməlidir ki, araşdırmalar aparılsın”.

Rüfət SULTAN
 

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...