Həbsdə olan Elvin İsayevdən müraciət: “Hamıya deyirəm ki..."

Həbsdə olan Elvin İsayevdən müraciət: “Hamıya deyirəm ki...
 
Son günlər bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Ukrayna miqrasiya qanunvericiliyinin tələblərini pozduğuna görə Azərbaycana deportasiya olunmuş Elvin İsayevin guya hüquqlarının pozulması, o cümlədən, istintaq zamanı təzyiqlərlə üzləşəcəyi barədə paylaşımlar edilərək, onun hüquqlarının müdafiəsi məqsədi ilə sosial şəbəkələrdə qruplar yaradılması barədə çağırışlar yayılıb.
Tutulmasının siyasiləşdirilməsinin əleyhinə olan Elvin İsayev baş verənlərlə əlaqədar vəkili Gülarə İlyasova vasitəsilə ictimaiyyət nümayəndələrinə müraciət ünvanlayıb.

O, müraciətində etdiyi cinayətlərə görə tutulduğunu, hüquqlarının vəkili tərəfindən müdafiə olunduğunu və ona hər hansı təzyiqin edilmədiyini, törətdiyi əməllərin siyasiləşdirilməsinin əleyhinə olduğunu vurğulayıb.
 
Elvin İsayevin vəkili Gülarə İlyasovanın vasitəsilə redaksiyamıza ünvanladığı müraciətinin şəklini və mətnini təqdim edirik:
 
 
"Hamıya deyirəm ki, mən Rusiyada elədiklərimin cinayət olduğunu anlamışam, elə buna görə də tutulmuşam. Mənim özümün vəkilim var. Vəkilim məni lazımi qədər müdafiə eləyir. Özüm də özümü müdafiə eləyirəm. Öz elədiklərimə özüm cavab verərəm. Mənə qarşı qanunsuz hərəkətlər və ya təzyiqlər olmayıb. Heç nəyə məcbur eləyən və incidən yoxdur.
Hamıya müraciət edirəm ki, mənim işimə heç kim qarışmasın, mənim adımdan danışmasın. Heç kim mənim işimi, əməlimi siyasiləşdirməsin. Xahiş edirəm, bu müraciətim hamıya çatdırılsın. Müraciətimi vəkilim Gülarə İlyasovanın vasitəsi ilə yayıram.

OXŞAR XƏBƏRLƏR

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə paylaşım edib

  Azərbycan Respublikasının Prezidenti İlham Əliyev Qurban Bayramı münasibətilə sosial şəbəkədə paylaşım edib. Sfera.az-ın məlumatına görə, paylaşımda de...

İlham Əliyevdən Milli Mətbuat Günü ilə bağlı paylaşım - FOTO

  Prezident İlham Əliyev 22 iyul - Milli Mətbuat Günü ilə bağlı "Facebook” hesabında paylaşım edib.  Sfera.az xəbər verir ki, paylaşımda d...

Erməni anaları və əhali etiraz edir

  Xəbər verdiyimiz kimi, cəbhənin Tovuz rayon Ağdam kəndi istiqamətində düşmənin artilleriya silahlarından da istifadə edərək atəşkəs rejimini kobud şəkil...

“Sən əsl dost, heyrətamiz anasan” – Emin Leyla Əliyevanı təbrik etdi

  Xalq artisti Emin Ağalarov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı təbrik edib.  Sfera.az xəbər verir ki, bu barədə sənətçi s...

İlham Əliyevdən Azərbaycan Polis Günü ilə bağlı paylaşım - FOTO

  Prezident İlham Əliyev 2 iyul - Azərbaycan Polis Günü ilə bağlı "Facebook” hesabında paylaşım edib.  Sfera.az  xəbər verir ki, paylaşımda dey...

Bakıda 400 minlik toy edən sabiq məmurun qızı əxlaqsız mesajlar yazdı - FOTOLAR

 "Bakı Lift-Təmir İstehsalat Birliyinin keçmiş rəisi, mini-oliqarx Qüdrət Şükürovun qızı Aysel Şükürova bir vətəndaşın atası haqqında Korrupsiyaya Qarşı Mü...