Həbs edilən Ramiz Tatarovla bağlı şok fakt: Bu gün doğum günü imiş

Həbs edilən Ramiz Tatarovla bağlı şok fakt: Bu gün doğum günü imiş
 
Bu gün Ağstafa rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyevlə birgə həbs edilən onun 1-ci müavini Ramiz Tatarovun ad günüymüş. Sfera.az xəbər verir ki,  Tatarov 62 yaşını təntənəli sürətdə qeyd etməyə hazırlaşırmış.

Məlumata görə, bu gün üçün o, iki böyük tort sifariş etdiribmiş. Birinin üstünə ad gününə işarə olaraq "62” yazılıb və 62 ədəd şam qoyulub, digərinin üstünə isə "Varlığın bizim üçün hədiyyədir” yazılıbmış.
 
Xatırladaq ki, Ramiz Cahangir oğlu Tatarov 1957-ci ilin dekabr ayının 19-da Qazax rayonunun Aşağı Göycəli kəndində anadan olub. O, həbs edilənəcən elə bu kənddə yaşayırdı.

Məlumata görə, Tatarov ad günüylə bağlı böyük ziyafət də təşkil olunacaqmış. Artıq iki gün imiş ki, Ağstafa şəhərini girəcəyində yerləşən və Tatarova məxsus "Samovar” restoranında ziyafət hazırlığı gedirmiş. Bu gün isə ora qapalı olub, işləməyib.

Onu da qeyd edək ki, hələ 5 il əvvəl Ağstafa Rayon İcra Hakimiyyəti başçısının birinci müavininə xəbərdarlıq edilib. Bu barədə Hesablama Palatasının 2014-cü il üzrə hesabatında da bildirilib. Hesabata əsasən, Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən auditin nəticəsi üzrə görülən işlər barədə Hesablama Palatasına daxil olan məlumatda dörd obyekt üzrə 10231,2 manat dəyərində inventar və avadanlıqların müvafiq podratçılar tərəfindən quraşdırıldığı, beş obyekt üzrə yerinə yetirilməyən 61724,4 manat məbləğində tikinti işlərinin dəyərinin dövlət büdcəsinə bərpası və 5127,1 manat dəyərində keyfiyyətsiz yerinə yetirilən işin yenidən işlənməsi bildirilib.

Hesabat sənədində nöqsanlara yol verən 3 nəfərə, o cümlədən rayon İH başçısının birinci müavininə (Ramiz Tatarov), 1 şöbə müdirinə və 1 mütəxəssisə xəbərdarlıq edildiyi qeyd olunub. (lent.az)


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib.   Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Ba...