Həbib karyerasını bitirdi - Anasına görə...

Həbib karyerasını bitirdi - Anasına görə...
Rusiyalı məşhur MMA döyüşçüsü Həbib Nurmaqomedov karyerasını bitirdiyini açıqlayıb. 

Sfera.az xəbər verir ki, 32 yaşlı idmançı Mütləq Döyüş Çempionatında (UFC) Castin Getji üzərində qələbə qazandıqdan sonra bunun son döyüşü olduğunu bildirib.

Həbib karyerasını anasının istəyilə bitirdiyini gizlətməyib: 

"Bu mənim son döyüşüm idi. Anam istəmirdi ki, mən atam dünyasını dəyişəndən sonra oktaqona çıxım. Mən ona söz verdim ki, bu döyüş sonuncu olacaq".

OXŞAR XƏBƏRLƏR