“Haqsızlığı görəndə ürəyim partlayır” - Lalə “Maşın”dan danışdı

“Haqsızlığı görəndə ürəyim partlayır” - Lalə “Maşın”dan danışdı
 

"Maşın” şounun finalçısı Lalə  Mustafayeva sosial şəbəkədə paylaşım edərək şou ilə bağlı sualları cavablayıb. 

Sfera.az  xəbər verir ki, aparıcı bir də kiminsə şou ilə bağlı ona sual verməsini istəmədiyini bildirib:

"Bizə həqiqəti söyləməyi öyrədirlər, amma biz bunu edərkən də bizdən inciyirlər. Demək,  söyləməyi öyrədirlər, amma dinləməyi yox. Dostlar, çox xoşbəxtəm ki, özümü tanıda bilmişəm. Səhvlərim olubsa, üzürlü sayın. Mən xanımam... Ağlaya bilərəm. Haqsızlığı görəndə ürəyim partlayır və çox kövrək adamam. Əsas kinli deyiləm. Qalibi də təbrik edirəm. Demək, Allahdan mənim üçün xeyirlisi bu idi. Maşını ailəm üçün qazanmaq istəyirdim. 60 saat ayaqda qaldım. yuxusuz gecələr, günlər keçirdim. Sadəcə, səhhətimdə problem olduğundan əlimi çəkdim. 

Gözütox insanam, maşında da gözüm qalmadı! Sunanın da Allah yolunu açıq etsin. Mən güclü insanam və hər zaman hər şeyə əziyyətlə nail olmuşam. Nəyəsə ehtiyacım olanda belə, susuram. 

Allaha çox şükür ki, bu şouya dəvət aldım. Murad Dadaşova təşəkkürümü bildirirəm. Dostlar, xanımlar və bəylər, Allah sizin hörmətinizi, diqqətinizi mənə çox görməsin! Mənim qazancım sizsiniz!!! Allaha əmanət olun. (Şou ilə bağlı hər şeyi burda izah etdim. Xahiş edirəm, mənə birdə kimsə sual verməsin)”

Xatırladaq ki, "Maşın” şounun 18-ci sürətində finala qalan son iki iştirakçıdan türkiyəli aparıcı Suna Kasımoğlu həmkarı Lalə Mustafayevadan daha dözümlü çıxaraq avtomobili qazanıb. "Bu mənim gələcəyim üçün böyük dərs oldu. Məyus deyiləm, oyunda simamı itirmədim. Türkan mənimlə münasibəti kəsdi, halbuki mən bunu istəməzdim. Amma Suna artıq mənim üçün yoxdur”, - deyən Lalə şounun son gecəsində Suna ilə bağlı sərt fikirlər səsləndirib.

OXŞAR XƏBƏRLƏR

Nadir Qafarzadədən söyüş: Yaxşı eləmişəm... — VİDEO

Müğənni Nadir Qafarzadə növbəti dəfə açıqlaması ilə gündəmə gəlib.   Sfera.az xəbər verir ki, o, "professor da soyducusunu açsın, mən də, görək k...

“Day-dayım yoxdur, böyük məbləğdə yardımlar istəməyin” - Nura Suri

 "Bir məsələyə aydınlıq gətirmək istəyirəm: mən milyonçu deyiləm. Boşanmış, uşaqlı qadınam. Hazırda maaşlı işə düzəlmişəm, çünki heç bir yerdən gəlirim yox...

Azərbaycanın ən gözəl qızından İstanbulda FOTOSESSİYA

 Türkiyədə olan model Banu Şücai fürsətdən istifadə edərək karantin qaydalarının mane olduğu arzusunu gerçəkləşdirib "Miss Azərbaycan-2020” milli göz...

Məşhur cütlüyün ayrılma səbəbi bəlli oldu

 Türkiyəli sənətçilər Hande Erçel və Murat Dalkılıçın ayrılma səbəbi bəlli olub. Sfera.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, onlar üç illik...

Azərbaycanlı müğənni nişanlandı - FOTOLAR

 Xanəndə Kamilə Nəbiyeva nişanlanıb. Sfera.az xəbər verir ki, sənətçinin nişan mərasimi ötən gün evində baş tutub. Nişandan şəkillərini izləyiciləri ...

"Əsas odur ailəsini də saxlayır, məni də..." — Rəqqasə Aygün / VİDEO

 "Mən evli kişidən uşaq dünyaya gətirəcəyimlə bağlı heçnə danışmaq istənmirəm. Çünki bilirəm ki, hər kəs qınamağa başlayacaq". Sfera.az xəbər verir ki, bu...