Hamının sevimlisinə çevrilən “Həyat həkim” əslində kimdir... - Video

Hamının sevimlisinə çevrilən “Həyat həkim” əslində kimdir... - Video

Son dönəmlərdə sosial şəbəkələrdə videoları yayılan bir həkim obrazı hamının marağına səbəb olub. Yəqin ki, siz də bu "həkim”in fərqli fikirləri yer alan videoları ilə rastlaşmısınız. Çünki hansı sosial şəbəkəyə daxil olursan, ilk bu bu həkimin görüntüləri çıxır insanın qarşısına. Bəli, söhbət "Həyat həkim”dən gedir.

Əvvəlcə bu "həkim”in videoları yayıldıqda ciddi qəbul etdik və düşündük ki, çox zaman gündəlik həyatımızda rastlaşdığımız savadsız həkimlərdən biridir. Sonradan gördük ki, bu xanımın fərqli mövzularda da videoları yayıldı. Bizi maraq bürüdü və başladıq "Həyat həkim”in axtarışına. Axtarışımız zamanı gördük ki, bu xanımın kimliyi tək bizə yox, bir çox sosial şəbəkə üzvlərinə maraqlıdır və izləyicilər onun kim olduğu ilə bağlı maraqlanırlar.

Axtarışımız zamanı öyrəndik ki, 28 yaşlı gənc xanım əslində həkim yox, Azərbaycan Film Akademiyasının aktrisasıdır. Həyat Məlikova illərdir aktrisa olmağı arzulasa da, əvvəllər başqa sahələrdə çalışıb. Həyatının ən pis dönəmində qarşılaşdığı aktyorluq kursu bir andaca onun həyatını dəyişib və hamının sevimlisi olan "Həyat həkim”ə çevirib.

Düşündük ki, bu xanımla daha ətraflı müsahibə hazırlasaq, izləyicilər üçün də maraqlı olar. Lakin bu proyekti hazırlayan şəxslər "Həyat həkim”in hələ ki məxfiliyini qorumaq istədiklərini və bu mövzuda bizə köməklik göstərə bilməyəcəklərini bildirdilər. Verdikləri məlumata görə, layihə uzun müddət davam edəcək və daha da böyüyəcək.

Düzü, müsahibənin alınmadığına kədərlənsəm də, layihənin davamlı olması xəbəri şəxsən məni çox sevindirdi. Çünki "Həyat həkim” insanların ürəyindən keçənləri, dilə gətirə bilmədiklərini, bu günkü reallıqları gülüş vasitəsilə çatdırır. "Həyat həkim”in videolarında tək gülüş yox, gülüşün arxasında böyük kədər də durur. Çünki təəssüf ki, savadsız həkimlərin sayı ölkəmizdə heç də az deyil. Xəstə ayağın yerinə sağlam ayağı kəsənlər, peyvəndlər barədə müxtəlif fantaziyalı fikirlər səsləndirənlər, analizin nəticələrinə baxmadan xəstəni əməliyyata salanlar və s.

Bəlkə də həmin həkimlər necə göründüklərini "Həyat həkim” sayəsində kənardan görüb insafa gələrlər və bizim də yazıq canımız onların əlindən birdəfəlik qurtular.

 

 

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Sabiq nazir polisləri evində xadimə, çoban, balıqçı, otbiçən kimi işlədirmiş...

Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədov vəzifədə olduğu müddətdə polis əməkdaşlarını evində xadimə, fermasında çoban, vətəgələrində balıqçı, yonca sa...

Laçın dəhlizində Azərbaycan bayrağı dalğalanır - VİDEO

Rus sülhməramlıları nəzarət etdiyi Laçın dəhlizində Azərbaycan bayrağının dalğalanması ilə bağlı görüntülər yayımlanıb. Sfera.az xəbər verir ki, videonu S...

İsmayıllıda şəhidin xatirəsi yad olundu - FOTO

Bu gün şəhid Teymur Osmanlının xatirəsi yad olunub.   SFera.az xəbə verir ki, tədbirdə  Rayon İcra Hakimiyyətinin başçısı, Notariat Palatasının rəh...

Bəzi yerlərdə güclü leysan olacaq, dolu düşəcək - PROQNOZ

Sentyabrın 25-dən 26-na keçən gecə saatlarından başlayaraq Quba-Qusar rayonu və Şimal zonasının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənili...

Anım Günü bu marşrutların hərəkət cədvəli dəyişdiriləcək - SİYAHI

27 sentyabr - Anım Günü keçiriləcək tədbirlərlə əlaqədar bir sıra yollarda hərəkət cədvəlində dəyişiklik ediləcək. Bu barədə Sfera.az-a Bakı Nəqliyyat Age...

“Şair Sabir” gəmisi yenidən xarici sulara yola salındı

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus "Şair Sabir” universal yük gəmisi əsaslı təmir olunub. QSC-dən Sfer...