Hamı dekabrın 22-sını gözləyir - həyəcan siqnalı verildi

Hamı dekabrın 22-sını gözləyir - həyəcan siqnalı verildi
Bu il dekabrın 22-də nələr baş verəcək, kimlər o tarixdən sağ çıxacaq?
Sfera.az xəbər verir ki, Rusiya mətbuatında dərc olunan bir məqalə, dünyanın sonu ilə bağlı yeni yeni bir iddia formalaşdırıb. Məqalədə bolqar görücü, məşhur Vanqanın proqnozuna əsasən, bu ilin dekabrın 22-də dünyada çevriliş olacaq.

İddiaya görə, dekabrın 22-də dünyanın dağılacağı ilə bağlı məlumatı Vanqanın qohumları ağızdan-ağıza ötürüblər.
Maraqlıdır, Bəlkə, qohumları yalan deyir?

Öz həmyerlisinin uzaqgörənliyini araşdıran başqa bir bolqar alimin dediklərinə baxaq. Veliçka Dobryanov Vanqanın görüşdüyü adamlarla söhbətlərindən onun 823 mesajının açmasını izah edir. Deyir ki, onlardan 400-ü artıq düz çıxıb, 200 –ü birmənalı deyil. 90-ı yanlış olub.
Onun sözlərinə görə, Vanqa olacaqlardan birbaşa bəhs etməyib, o yalnız tapmaca kimi deyib ki, anlayan anlasın.

Beləliklə, ölümündən əvvəl Vanqa lənətə gəlmiş beş dənə "2” rəqəmindən bəhs edib. İki dəfə həmin "2” lərin təkrarlanacağı gündən danışıb. Onun birini keçmişik - 22.02.2020-ci ildir. Biri isə hələ qarşıdadır – 22.12.2020-ni deyir.

Vanqa deyib ki, həmin gün dünyada əsaslı dəyişikliklər olacaq. Elmə görə həmin gün iki səma cismi - Yupiterlə Saturn dolça bürcü altında birləşəcək.

Deyir ki, həmin gün ola bilsin bizim yer planeti hansısa astroloji varlıqla toqquşacaq. Bu da fəsadsız ötüşməyəcək: "Günəşin üzünü yeri bürümüş qara kül örtəcək. Çaylar məcrasından çıxacaq, yer kürəsinin kiçik hissələri su altında qalacaq. Dirilər ölülərə həsəd aparacaq. Bəzi ölkələr yer üzündən silinəcək. Xeyirxah insanlar qalacaq, bədxahlar məhv olacaq. Özünü ağıllı hesab edənlər öləcək. Çox adam məhv olacaq. Ondan sonra həyat yaxşı olacaq, hətta ölümsüzlük gələcək”.

Vanqa deyib ki, həmin gün hər kəs özünü güzgüdə görəcək, dünya güzgü kimi üzünü dəyişəcək. Bəs kimlər xilas olacaq? Vanqaya görə, xeyirxah adamlar yaşayacaq. İnamlı insanlardan ibarət olacaq dünya. Dünyanın axırı olmayacaq, amma dünya dəyişəcək. Bir sözlə, deyir xeyirxah və inamlı olun ki, yaşayasınız, dünya gözəlləşsin. Axırıncı fikrə əməl etməyə etsək yaxşıdır, amma dünyanın dəyişəcəyi barədə cəfəngiyyatı eşidin, inanmayın. Xüsusən uşaqlar panikaya düşməsin, biz çox eşitmişik belə söhbətləri, həmin dünyadır.
azerforum/

OXŞAR XƏBƏRLƏR

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...