Aktyorun ailəsində ağır İTKİ: “Yalvardı ki, məni ölməyə qoyma”

Aktyorun ailəsində ağır İTKİ: “Yalvardı ki, məni ölməyə qoyma”
Bakı Uşaq Teatrının direktoru, tanınmış aktyor İntiqam Soltanın bacısı dünyasını dəyişib.

Sfera.az xəbər verir ki, Yeniçağ-a açıqlama verən İ.Soltan bacısının xərçəng xəstəliyindən vəfat etdiyini deyib:

"Həkimlər nə qədər çalışsa da, onu xilas edə bilmədilər. Zəng edib yalvarırdı ki, məni ölməyə qoyma. Mənə ən ağır təsir edən o oldu… Arzuları vardı. Hamısını özüylə o dünyaya apardı. Qardaş üçün bacı itkisi çox ağırdır, daşıya bilməyəcəm bu yükü. Naxçıvanda torpağa tapşırdıq. Sabah orda üç mərasimi keçiriləcək”.

Allah rəhmət etsin!

Sfera.az


OXŞAR XƏBƏRLƏR