Bakıda yaşayış binasında yanğın - VİDEO


Bakıda yaşayış binasında yanğın - VİDEO

Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mağazaya bitişik tikili yanıb.

 

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə "Həzi Aslanov" metrostansiyası yaxınlığında, M.Hadi küçəsi, 73 a ünvanında qeydə alınıb.

 

Ümumi sahəsi 8 m² olan dəmir konstruksiyalardan ibarət tikilinin içərisində quraşdırılan generator və karton taralar yanıb.

 

Yüksək temperaturdan marketin lambirdən ibarət divar üzlüyü 40 m² sahədə əriyib. Marketin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Hadisə yerindən görüntüləri təqdim edirik:


Milli.Az 

 Digər ma


OXŞAR XƏBƏRLƏR