Bakıda parkda süpürgəçi öldü

20:37 / 10.01.2025
4189
Bakıda təmizlik işçisi parkda ölüb.
Sfera.az xəbər verir ki, hadisə Səbail rayonu Şahlar Allahverdiyev küçəsində yerləşən parkda qeydə alınıb.
Mənzil Kommunal Təsərrüfat Bölməsində süpürgəçi işləyən 65 yaşlı Kifayət Təvəkkül qızı Bayramova dünyasını dəyişib. Onun parkda qəfil infarkt keçirərək öldüyü deyilir.
Araşdırma aparılır. /Lent.az