Beyləqanda avtomobil ağaca çırpıldı, sürücü ÖLDÜ

10:15 / 09.08.2024
5209
Beyləqan rayonunda yol qəzası olub, ölən var.
Sfera.az xəbər verir ki, Ağamir Quluzadə idarə etdiyi "VAZ 21074" markalı avtomobillə idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.
Xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.