Daşkəsəndə gəlini tərəfindən baltalanan qadın xəstəxanada ölüb

Daşkəsəndə gəlini tərəfindən baltalanan qadın xəstəxanada ölüb

Daşkəsən rayon Xoşbulaq kəndində balta xəsarətləri alan qadın xəstəxanada dünyasını dəyişib.

 

Sfera.az report.az-a istinadən xəbər verir ki, 1958-ci il təvəllüdlü Tahirə Məmməd qızı Qurbanova müalicə aldığı xəstəxanada vəfat edib.

 

Xatırladaq ki, T. Qurbanovaya iyulun 27-də Xoşbulaq kəndində mübahisə zəminində balta ilə bir neçə xəsarətlər yetirilmişdi.

 

Hadisəni törətməkdə şübhəli bilinən isə onun gəlini, 1982-ci il təvəllüdlü Səidə Həsənovadır.

 

Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən qadın hadisə yerindən qaçıb. Onun axtarışları davam etdirilir.

 

 


OXŞAR XƏBƏRLƏR