Balaxanıda 18 yaşlı gənc öldürüldü

Balaxanıda 18 yaşlı gənc öldürüldü

Sabunçu rayonunda 18 yaşlı gənc qətlə yetirilib.

 

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

 

Məlumata görə, hadisə iyunun 14-də rayonun Balaxanı qəsəbəsində qeydə alınıb:

 

"Sabunçu rayonunun Balaxanı qəsəbəsində 2006-cı il təvəllüdlü İmanov Rəşid Rüstəm oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub".

 

Bildirilib ki, hazırda şübhəli şəxs axtarılır:

 

"Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri görülür".


OXŞAR XƏBƏRLƏR