Kəlbəcər sakini güllələndi

Kəlbəcər sakini güllələndi

Gəncə şəhər ərasizində Kəlbəcər rayon sakini B.Heydərov şəxsi münasibətlər zəminində ov silahından açılan atəş nəticəsində xəsarət alıb.

 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Sfera.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1981-ci il təvəllüdlü Kəlbəcər rayon sakini H.Mamedov müəyyən olunaraq saxlanılıb.

 

Ondan ov tüfəngi aşkar olunaraq götürülüb.

 

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağır qiymətləndirilir.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.


OXŞAR XƏBƏRLƏR