AXCP sədrinin müavini sərbəst buraxıldı - YENİLƏNDİ

AXCP sədrinin müavini sərbəst buraxıldı - YENİLƏNDİ

Şirvan şəhərində polis əməkdaşları tərəfindən saxlanılan AXCP İdarə Heyətinin üzvü, partiya sədrinin müavini Ayaz Məhərrəmov sərbəst buraxılıb.

 

Bu barədə Sfera.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib.

 

Qeyd olunub ki, onun barəsində qanunvericiləyə uyğun tədbir görülərək sərbəst buraxılıb.

 

***

 

12:07

 

AXCP İdarə Heyətinin üzvü, partiya sədrinin müavini Ayaz Məhərrəmovun Şirvan şəhərində polis əməkdaşları tərəfindən saxlanılması ilə bağlı məlumatlar yayılıb.

 

Sfera.az xəbər verir ki, iyunun 6-da saat 23 radələrində DİN-in “102 Zəng Mərkəzi”nə Şirvan şəhərində evlərin birinə oğurluq məqsədilə naməlum şəxsin daxil olması və bunun yaşayış sahəsində mövcud olan kameraya düşməsi ilə bağlı müraciəti daxil olub.

 

Polis əməkdaşları tərəfindən çağırış üzrə həmin ünvanda olan şəxs saxlanılaraq Şirvan Şəhər Polis Şöbəsinə gətirilib. Araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunan, 1982-ci il təvəllüdlü Məhərrəmov Ayaz Həbib oğlu olması müəyyən edilib.

 

Fakt üzrə araşdırma aparılır. (apa)


OXŞAR XƏBƏRLƏR

Magistraturaya qəbul olanların DİQQƏTİNƏ! - MÜDDƏT UZADILDI

Magistraturaya qəbul olmuş şəxslər 22 iyul saat 18:00‑dək elektron qaydada qeydiyyatdan keçməlidirlər.   Bu barədə Sfera.az-a Dövlət İmtahan Mər...

Azərbaycanda bu tarixdən internet bahalaşır - YENİ QİYMƏT

Azərbaycanda aylıq internet paketlərinin qiymətləri artırılır.   Sfera.az xəbər verir ki, bu barədə məlumatı internet provayderləri öz saytlarında ya...

Prezident Blenheim sarayına belə gəldi - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə &ld...

Azərbaycanın ixracı azaldı, idxalı artdı - SON RƏQƏMLƏR

Bu il Azərbaycanın ixracında azalma, idxalında isə artım müşahidə edilir.   Sfera.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin...

Prezident Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edir

Bu dəqiqələrdə Oksfordda “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısının açılış plenar sessiyası keçirilir.   Sfera.az xəbər verir ki, A...

Külli miqdarda borcu olduğu deyilən kişinin meyiti tapıldı

Beyləqanda kişi meyiti tapılıb.   Sfera.az xəbər verir ki, hadisə rayonun Bolsulu qəsəbəsində baş verib.   Onun meyiti qəsəbədəki yardımçı...