Bakıda yaşayış evi yanaraq külə döndü

22:55 / 27.05.2024
3444
Bakının Sabunçu rayonunda evdə yanğın olub.
Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata görə, yanğın Sabunçu qəsəbəsində ümuni sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evdə qeydə alınıb. Evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.