Yaşayış binasında PARTLAYIŞ OLDU

17:30 / 27.05.2024
6265
Xudat şəhərində yaşayış binasında partlayış baş verib.
Sfera.az-ın məlumatına görə, Xudat şəhərinin mərkəzində konserv zavoduna məxsus 16 mənzilli, iki mərtəbəli yaşayış binasında, Mais Mahmudova məxsus evdə partlayışla müşayiət olunan yanğın baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.
Hadisənin səbəbləri araşdırılır.