Azərbaycanda şoumenin ölüm xəbəri yayıldı - YENİLƏNDİ

Azərbaycanda şoumenin ölüm xəbəri yayıldı - YENİLƏNDİ

4 gün əvvəl yaşadığı Quba rayonunda insult keçirən rayonun tədbir aparıcısı Murad Muradov vəfat edib.

 

Sfera.az xəbər verir ki, koma halında Quba Diaqnostika Mərkəzinə yerləşdirilən 38 yaşlı Murad bu gün dünyasını dəyişib.

 

Qeyd edək ki, M.Muradov bir sıra televiziya kanallarında müxbir və aparıcı kimi çalışıb, Şimal regionundakı tədbirlərdə daim aparıcı kimi iştirak edib. O, gənc yazıçı kimi də tanınıb.

 

***

Yaxınları 38 yaşlı şoumen Murad Muradovun ölüm xəbərini təkzib ediblər.

 

Sfera.az xəbər verir ki, onlar qeyd ediblər ki, Muradın vəziyyəti ağır olsa da, sağdır:

 

“Ürəyi döyünür. Ona dua edək, bəlkə aramıza qayıdar”.

 




OXŞAR XƏBƏRLƏR