Ödənişli yolda qəza oldu: yaralılar var

Ödənişli yolda qəza oldu: yaralılar var

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi ödənişli avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

 

Sfera.az xəbər verir ki, KIA markalı avtomobil yoldan çıxaraq aşıb.

 

Nəticədə dörd nəfər - Rusiya Federasiyası vətəndaşı, 1961-ci il təvəllüdlü Makiyev Aleksey Fedroviç, 1977-cil təvəllüdlu Makiyeva Yelena, 2007-ci il təvəllüdlü Denis Nikolayviç və Göyçay sakini, 1972-ci il təvəllüdlü Humay Xəlilova xəsarət alıblar.

 

Onlar xəstəxanaya yerləşdirilib.

 

Qəzanın baş vermə səbəbləri araşdırılır. (APA)


OXŞAR XƏBƏRLƏR