Oğuzda avtomobil dirəyə çırpılıb, xəsarət alanlar var

Oğuzda avtomobil dirəyə çırpılıb, xəsarət alanlar var

Oğuz rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

 

Sfera.az report.az-a istinadən xəbər verir ki, hadisə rayonun Xaçmaz kəndində baş verib.

 

Belə ki, Xaçmaz kənd sakini, 1994-cü il təvəllüdlü Araz İlyas oğlu Rəsulovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil yoldan çıxaraq dirəyə çırpılıb.

 

Nəticədə sürücü və onun sərnişini, 1995-ci il təvəllüdlü Ərazi Zaman oğlu Abdulhəlimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR