Polisdən böyük ƏMƏLİYYAT - 21 əcnəbi SAXLANILDI - FOTO

Polisdən böyük ƏMƏLİYYAT - 21 əcnəbi SAXLANILDI - FOTO

Bakı şəhərində müxtəlif ünvanlarda ölkə ərazisində yaşama hüququ verən sənədləri olmayan əcnəbilərə qarşı Daxili İşlər Nazirliyinin (DİN) BPQMİ-nin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tədbirlər keçirilib.

 

DİN-dən Sfera.az-a bildirilib ki, tədbirlərlə müxtəlif ölkələrin vətəndaşı olan ümumilikdə 21 nəfər qeyd edilən qanun pozuntusuna yol verdikləri üçün saxlanılıb.

 

Araşdırma zamanı həmin əcnəbilərin pul müqabilində guya ölkəmizdən tranzit kimi istifadə olunmaqla qeyri-leqal yollarla Avropa ölkələrinə, xüsusən də Polşaya keçidinin təmin ediləcəyi vədi ilə dələduzluğa məruz qalmaları müəyyən edilib. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib.

 

Xarici ölkə vətəndaşlarına qarşı dələduzluq etməkdə şübhəli bilinən E.Camalov barəsində araşdırmalar davam etdirilir.

 

Qeyd edək ki, polis əməkdaşları tərəfindən 2024-cü ilin əvvəlindən keçirilən tədbirlərlə ölkə ərazisində yaşama hüququ verən sənədləri olmayan 102 əcnəbi vətəndaş müəyyən edilib və barələrində müvafiq tədbirlər görülüb.

 


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev İsmayıl Berdiyevi QƏBUL ETDİ - FOTO - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl Berdiyevin başçılıq etdiyi Rusi...

İlham Əliyev: "Türkdilli dövlətlər arasında dostluq və qardaşlıq münasibətləri uğurla inkişaf edir"

Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli dövlətlər arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini deyib.   Sfera.az-ın xə...

Prezident QƏBUL KEÇİRDİ - FOTO - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarə...

"Rusiya bunun üçün bütün lazımi resurslara malikdir" - Dmitri Medvedev

"Rusiya Ukrayna ilə müharibədə qələbəyə nail olmaq üçün bütün lazımi resurslara malikdir".   Sfera.az rus mediasına istinadən xəbər verir k...

İlham Əliyev Rusiyanın Baş ravvinini QƏBUL ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Rusiyanın Baş ravvini Berl Lazarı qəbul edib.   Sfera.az xəbər verir ki, bu barədə Prezidentin Mət...

Ukraynanın Lvov vilayətinə hücum oldu, ölənlər və yaralananlar var

Ukraynanın Lvov vilayətinin Zoloçev şəhərinin Rusiya tərəfindən atəşə tutulması nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.   Sfera.az xəbər verir k...