Aytən Səfərova ağır qəzaya düşdü - VİDEO - YENİLƏNDİ - 3

Aytən Səfərova ağır qəzaya düşdü - VİDEO - YENİLƏNDİ - 3

Hadisə nəticəsində xəsarət alan 2 nəfər (kişi cinsli) Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdiriliblər.

 

Sfera.az xəbər verir ki, bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib.

 

2003-cü il təvəllüdlü şəxsə başın digər hissələrinin səthi travması, boynun səthi travması diaqnozları təyin edilib. Vəziyyəti stabil qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

 

2006-cı il təvəllüdlü şəxsə isə baş-beyinin ocaqlı travması, döş qəfəsinin səthi travması, boğazın digər və dəqiqləşdirilməmiş travmaları və s. diaqnozlar təyin edilib.

 

Həkimlərin səylərinə baxmayaraq, Reanimasiya şöbəsinə yerləşdirilən şəxsin həyatını xilas etmək mümkün olmayıb.

 

Xatırladaq ki, aprelin 17-də saat 07 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə Aytən Piriyevanın idarə etdiyi avtomobil toqquşub.

 

Bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib.

 

Nəticədə İsmayıl Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb.

 

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.

 

***

 

11:00

 

Tanınmış aparıcı Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzin müvafiq şöbəsində zəruri müayinələri aparılır.

 

Bu barədə Sfera.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

 

***

 

10:13

 

Aprelin 17-də saat 07 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə Aytən Səfərovanın (Piriyeva) idarə etdiyi avtomobil toqquşub.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Sfera.az-a bildirib ki, nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb.

 

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.

 

***

 

09:30

 

Aparıcı Aytən Səfərova ağır qəza keçirib. 

 

Bu haqda televiziya ulduzu Bizim.Media-ya açıqlamasında bildirib. 

 

A.Səfərova qısa olaraq vurğulayıb ki, qəza nəticəsində müxtəlif bədən xəsarətləri alıb.

 

Hazırda müayinə üçün o, “Respublika Neyrocərrahiyyə Xəstəxanası”na yerləşdirilib. Aparıcı səhhətinin ağır olduğunu qeyd edib. 

 


OXŞAR XƏBƏRLƏR

Şuşanı düşməndən təmizləyən Xüsusi Təyinatlı Qüvvələr 25 yaşında

Bu gün Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) yaradılmasından 25 il ötür.  Sfera.az xatırladır ki, XTQ 1999-cu ildə Müdafiə Nazirliyinin tabeliyində yaradı...

Rabitəbank 15 milyon ABŞ dolları dəyərində müqavilə imzaladı - FOTO

"Rabitəbank" ASC Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə 15 milyon ABŞ dolları dəyərində müqavilə imzalayıb. Müqaviləni Rabitəbankın İdarə...

Sabirabadda ilk “Kontakt” mağazasının açılışında sevinc dolu anlar - 60%-DƏK ENDİRİMLƏR

“Kontakt” sevinc gətirdiyi bölgələr sırasına birini də əlavə etdi.  Belə ki, şəbəkə bir neçə gün əvvəl Sabirabadda ilk mağazasının açılış tədbi...

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert KEÇİRİLƏCƏK

Mayın 4-də Heydər Əliyev Mərkəzində “20 ilin sədası” konsert proqramı təqdim olunacaq.   Bununla bağlı Sfera.az-a Heydər Əliyev Fondundan...

Moldova XİN başçısı Böyük Britaniyaya GETDİ

Moldovanın xarici işlər naziri Mixay Popşoy Böyük Britaniyaya rəsmi səfərə yola düşüb.   Sfera.az “Moldpres” agentliyinə istinadən x...

Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq GENİŞLƏNDİRİLİR

Azərbaycan və Özbəkistan elektrotexnika, cihazqayırma sahələrində əməkdaşlığın inkişafı barədə müzakirə aparıblar.   Sfera.az-ın İqtisadiyyat na...