Məşhur yazıçı VƏFAT ETDİ - FOTO

Məşhur yazıçı VƏFAT ETDİ - FOTO

Türkiyəli məşhur rejissor və yazıçı Mesut Kara 63 yaşında vəfat edib.

 

Sfera.az xəbər verir ki, 2008-ci ildə qan laxtalanması nəticəsində qismən iflic olan və zaman-zaman artan sağlamlıq problemləri ilə mübarizə aparan Kara, keçən il infarkt keçirərək reanimasiyaya yerləşdirilib. Uzun sürən müalicələrə baxmayaraq, yazıçı ötən gün müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

 

Qeyd edək ki, 1961-ci ildə İstanbulda anadan olan Mesut Kara 15 ildən çox kino yazıçısı olub. Reklam sahəsində bədii rəhbər vəzifəsində çalışıb və televiziya üçün kino proqramları hazırlayıb.

 

Mətn müəllifi və rejissoru olduğu "Erkan Yücel" sənədli filmindən əlavə, onun "Sənətçi Kahvesi", "Yeşilçamda unudulmaz simalar", "Pendikli illəri və kino xatirələri", "Sinema və 12 sentyabr" adlı 5 əsəri işıq üzü görüb.

 

Bir çox jurnallarda yazıçı və redaktor işləyən Kara, “Show TV”də yayımlanan "CineShow" kino proqramında məsləhətçi kimi çalışıb. (Publika.az)


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...