Ağdərədə odlu silahlar AŞKARLANDI
![Ağdərədə odlu silahlar AŞKARLANDI](https://sfera.az/photo/orginal/2024/04/12/1712909250_03c61a23-2f6e-3091-abff-fa317ba6ac24_850.jpg)
12:25 / 12.04.2024
3972
İşğaldan azad olunan Ağdərə rayonunda odlu silahlar aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sfera.az-a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin və Daxili Qoşunların hərbi qulluqçuları Ağdərə rayonunun Umudlu kəndi ərazisində xidmətdə olan zaman 3 pulemyot, 1 qumbaraatan və 1 avtomat aşkarlayıblar.
Faktla bağlı araşdırma aparılır.