Xankədidə silah-sursat aşkar OLUNDU
![Xankədidə silah-sursat aşkar OLUNDU](https://sfera.az/photo/orginal/2024/04/12/1712903637_6618d45b432d76618d45b432d81712903259ec4a35d1293c8d31e4409f063c3b3511.jpg)
Hadisə
10:31 / 12.04.2024
3805
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 11-də Xankəndi şəhəri ərazisindən 1 avtomat silahı, 1 tüfəng, 4 alışdırıcı, 16 patron darağı, 850 ədəd müxtəlif çaplı patron və digər sursatlar, həmçinin yaşayış mənzillərinin birindən 3 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb.
Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.