Rusiyadakı son vəziyyət: Bu gün və sabahla bağlı XƏBƏRDARLIQ EDİLDİ

Rusiyadakı son vəziyyət: Bu gün və sabahla bağlı XƏBƏRDARLIQ EDİLDİ

Rusiyada baş verən sel fəlakətindən sonra evakuasiya və xilasetmə işləri davam edir.

 

Sfera.az bildirir ki, Orenburq Hidrometeorologiya Mərkəzi bu gün səhər saatlarında açıqlama verib.

 

Qeyd olunub ki, Ural çayında suyun səviyyəsi bir gündə 25 santimetr artaraq 897 sm-ə çatıb. Səlahiyyətlilər təhlükəli səviyyənin 930 sm olduğunu vurğulayıblar.

 

Mütəxəssislər suyun səviyyəsinin bu gün və sabah artaraq aprelin 10-da pik həddə çatacağını bildiriblər.

 

Rusiya Fövqəladə Hallar Nazirliyi isə dünən bölgəyə əlavə birliklər göndərib. Həmçinin, nazirliyin rəhbəri Aleksandr Kurenkov ölkənin regionlarında su basmış əraziləri yoxlamaq üçün əraziyə gedib.

 

Qeyd edək ki, keçən həftə xüsusilə Orenburq bölgəsində buzların əriməsi ilə başlayan sel Orsk şəhərindəki bəndin uçmasına səbəb olub, yüzlərlə insan təxliyə edilib.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Bred Pitt gələcək həyat yoldaşı ilə ictimaiyyət qarşısında - FOTOLAR

61 yaşlı Hollivud aktyoru Bred Pitt özündən təxminən 30 yaş kiçik sevgilisi İnes de Ramonla ictimaiyyət qarşısına çıxıb.   Sfera.az bildirir ki, cütl...

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...

“İranın nüvə silahı olmayacaq” - Netanyahu

“Biz İranın nüvə layihəsini ləğv etmişik və əgər kimsə onu canlandırmaq istəsə, biz də bu cür cəhdin qarşısını almaq üçün eyni qətiyyət və güclə hərəkət e...

Rusiyada dollar və avro BAHALAŞDI

Rusiya Mərkəzi Bankının (RMB) rəhbərliyi ölkədə dollar və avronun rəsmi məzənnələrini qaldırıb.   Sfera.az xəbər verir ki, bu barədə RBM-in saytında ...

İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürüldü

İsrailin İrana endirdiyi zərbələr nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki generalı ölüb.   Sfera.az xəbər verir ki, bu barədə &...

16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi

Abşeron rayonunun Aşağı Güzdək qəsəbə məscidində imam müavini vəzifəsində çalışan Turab Əliqan oğlu Tahirov tutduğu vəzifədən azad olunub.   Sfera.az...