Bakıda 7 otaqlı ev YANDI

Hadisə
15:06 / 09.04.2024
5568
Bakı şəhərinin Xəzər rayonunda yanğın olub.
Sfera.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 150 m² olan birmərtəbəli 7 otaqlı evin dam örtüyü 50 m² sahədə, 2 otağın yanar konstruksiyaları və ev əşyaları 30 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.