Şamaxıda heyvana qarşı zorakılıq faktı araşdırılır
![Şamaxıda heyvana qarşı zorakılıq faktı araşdırılır](https://sfera.az/photo/orginal/2024/04/09/1712657251_661512a2c7cf5661512a2c7cf61712657058661512a2c7cf3661512a2c7cf4.jpg)
14:27 / 09.04.2024
4512
İtin maşının arxasına bağlanaraq sürüməyə cəhd olunması barədə sosial şəbəkədə yayılan görüntülər araşdırılır.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov Sfera.az-a bildirib ki, paylaşılan videogörüntü ilə bağlı araşdırma aparılır. Görüntülər Şamaxı rayonunda qeydə alınıb. Avtomobilin sürücüsünün şəxsiyyəti müəyyən edilib.
Araşdırmanın nəticəsindən asılı olaraq qanunamüvafiq tədbir görüləcək.(apa)