Goraboyda qadın öldürüldü: oğlu şübhəli bilinir
![Goraboyda qadın öldürüldü: oğlu şübhəli bilinir](https://sfera.az/photo/orginal/2024/04/07/1712501250_4ee.jpg)
Hadisə
18:59 / 07.04.2024
7943
Goranboyda qadın qətlə yetirilib.
Sfera.az-ın Report-a istinadən məlumatına görə, Goranboy Polis Şöbəsinə rayonun Safıkürd kənd sakini, 1975-ci il təvəllüdlü Alidə Kazımovanın öldürülməsi ilə bağlı məlumat daxil olub.
Cinayəti törətməkdə A.Kazımovanın oğlu, 2005-ci il təvəllüdlü Şahin Əmrahov şübhəli bilinir.
O, polisə könüllü təslim olub.
Faktla bağlı araşdırma aparılır.