Azərbaycanda DƏHŞƏT: bir ailənin üç üzvü yanaraq öldü

Azərbaycanda DƏHŞƏT: bir ailənin üç üzvü yanaraq öldü

Astarada dəhşətli yol qəzasında bir ailənin üç üzvü yanaraq ölüb.

 

Sfera.az report.az-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolunun 201-ci km-də, rayonun Ərçivan kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, rayonun Şiyəkəran kənd sakini Mirzəmməd Elman oğlu Əliyevin idarə etdiyi "BMW" markalı minik avtomobili Rusiya Federasiyası vətəndaşı olan Maqammedemin Abdullaşevə məxsus iritonnajlı yük maşınına çırpılaraq alışıb. Nəticədə minik avtomobilin sürücüsü, onun həyat həyat yoldaşı 22 yaşlı Fərqanə İlham qızı Əliyeva və övladı 3 yaşlı Gülxanım Mirzəmməd qızı Əliyeva yanaraq ölüblər.

 

Hadisə yerinə FHN-nin Astara rayon Yanğından Mühafizə Xidmətinin iki yanğınsöndürən texnikası və canlı qüvvəsi, FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub.


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...