Gəncədə QƏZA - Xəsarət alanlar VAR
![Gəncədə QƏZA - Xəsarət alanlar VAR](https://sfera.az/photo/orginal/2024/04/01/1711948178_img_8074.jpeg)
10:08 / 01.04.2024
4033
Gəncə şəhərində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Sfera.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
İki "VAZ" markalı avtomobilin toqquşması nəticəsində 1959-cu il təvəllüdlü M.Əsədov, 1974-cü il təvəllüdlü V.Bayramov və 1960-cı il təvəllüdlü S.İbrahimov xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.