Abşeronda qanunsuz tikililər söküldü - VİDEO
![Abşeronda qanunsuz tikililər söküldü - VİDEO](https://sfera.az/photo/orginal/2024/03/30/1711788226_6607c7d26b0706607c7d26b07117117859386607c7d26b06e6607c7d26b06f.jpg)
Hadisə
12:41 / 30.03.2024
9178
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Bu barədə Sfera.az-a FHN-dən məlumat verilib. Bildirilib ki, bu çərçivədə, Abşeron rayonunun Xırdalan şəhəri və Saray qəsəbəsi ərazilərində qanunsuz olaraq tikinti işlərinin aparılması faktları aşkar edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa edilən tikililər sökülüb.