Naxçıvanda dövlət mülkünə ziyan VURULDU - FOTO

Naxçıvanda dövlət mülkünə ziyan VURULDU - FOTO

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin balansında olan suvarma şəbəkəsinə zərər vurulub.

 

Sfera.az xəbər verir ki, Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində yerləşən Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabe idarəsi olan Kəngərli Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin balansında olan 810 hektar qapalı suvarma şəbəkəsinə mart ayının 29-da idarə əməkdaşları tərəfindən baxış keçirilərkən, ümumi dəyəri 627 manat olan 2 ədəd DN100/PN16 siyirtmənin və 4 metr uzunluğunda DN100/PN16 olan plastik boru birləşmələrinin naməlum şəxs və ya şəxslər tərəfindən yandırılaraq tam yararsız hala salındığı aşkar olunub.

 

Bununla əlaqədar tərtib olunmuş sənədləri mövcud qanunvericiliyə uyğun baxılıb, günahkarların cəzalandırılması və dövlət büdcəsinə dəymiş ziyanların bərpa etdirilməsi üçün, Kəngərli Rayon Prokurorluğuna və Polis Şöbəsinə təqdim edilib.

 

Faktla bağlı araşdırma aparılır. (apa)


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...