Şəmkirdə yol qəzası olub, xəsarət alanlar var

Şəmkirdə yol qəzası olub, xəsarət alanlar var

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

 

Sfera.az xəbər verir ki, hadisə rayonun Çinarlı kəndində qeydə alınıb. Qəza nəticəsində 1965-ci il təvəllüdlü Bəsti Ələkbərova, 1988-ci il təvəllüdlü Məqsəd Məmmədov və daha bir nəfər xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub, xəsarət alanlar xəstəxanaya aparılıb.


OXŞAR XƏBƏRLƏR