Ağdamda mina partladı - xəsarət alan var

Ağdamda mina partladı - xəsarət alan var

2024-cü il 3 mart tarixində Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində mina hadisəsi baş verib.

 

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat yayıb.

 

1995-ci il təvəllüdlü Ağdam rayon sakini Abbasov Bəxtiyar Yaqub oğlu keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən piyada əleyhinə mina partlayışı nəticəsində hər iki ayağından xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya təxliyyə edilib.

 

AR DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, bələd olmadıqları ərazilərə daxil olmamağa və təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırır!


OXŞAR XƏBƏRLƏR

Bu gün 4 rayonda qaz kəsiləcək

Bakının Sabunçu, Xətai, Nərimanov və Qaradağ rayonları ərazisindəki qaz xətlərində görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar bu gün saat 10:00-dan qaz təch...

Silahlı insident zamanı həlak olan polislərin adları AÇIQLANDI - SİYAHI

Ötən gecə Bakıda keçirilən əməliyyat zamanı həlak olan polis əməkdaşlarının kimliyi məlum olub.   Sfera.az xəbər verir ki, onlar polis kapi...

Bakıda SİLAHLI İNSİDENT: Üç polis QƏTLƏ YETİRİLDİ - FOTO

Bakıda 3 polis əməkdaşı, 1 mülki şəxs qətlə yetirilib.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev məluma...

Rəqəmlər ADY-ni "Yenə də iki"yə aparır... - TƏHLİL

Aprelin sonunda “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin Gürcüstandan keçən 184 kilometrlik hissəsində aparı...

MN-də təlim-metodiki toplanış keçirildi - VİDEO

Müdafiə Nazirliyinin (MN) Maddi-Texniki Təminat Baş İdarəsinin Mərkəzi Əşya Bazasında qoşun növü, birlik, birləşmə və hərbi hissələrin yanğından mühafizə xidmət...

Bu gün Xankəndi Şəhər Prokurorluğunun binası istifadəyə veriləcək

Xankəndi Şəhər Prokurorluğunun inzibati binasının istifadəyə verilməsi ilə əlaqədar təntənəli tədbir keçirilir.   Bu barədə Sfera.az-a Baş Prokurorlu...